Biologiyanın tədrisində Layihə əsaslı öyrənmə modelinin tətbiqi
Abstract
Şagirdlərin real həyata hazırlanması təhsilin prioritet məsələlərindən biridir. Layihə Əsaslı Öyrənmə (PBL) bu əsasda başlıca zəmindir. Bu, şagirdlərdə yaradıcılıq, tənqidi düşüncə, əməkdaşlıq və ünsiyyət kimi yumşaq bacarıqlarını inkişaf etdirərək sərbəst öyrənmə vərdişlərinin yaranmasına imkan verir. Şagirdləri layihələrə cəlb edilməsi onlarda biologiya sahəsində biliyə marağın inkişafına, eləcə də istedadlı şagirdlərin üzə çıxarılmasına kömək edir. Layihələr müəllimlər tərəfindən çox diqqətlə planlaşdırılmalıdır ki, şagirdlər üçün əyləncəli və həyəcanlı olsun. Məktəblilər üçün ən əhəmiyyətli layihə real həyat problemlərinin həll olunduğu layihələrdir. Çünki bu problemin həllinin nəticələri praktikada tətbiq oluna bilər. Planlaşdırılan layihələr çox mürəkkəb strukturda olmamalıdır. Əks halda mürəkkəb layihələr tamamlanmaya və şagirdlərin fənnə marağının azalmasına səbəb ola bilər. Dərsdə vaxt məhdudiyyəti həmişə mövzunu daha dərindən və ətraflı öyrənməyə imkan vermir, buna görə də müxtəlif layihə növlərindən istifadə həm biologiya dərslərində, həm də dərsdənkənar fəaliyyətlərdə həyata keçirilir. Layihəyə verilən əsas tələblər:
1. Layihənin mövzusu sosial əhəmiyyətli problem olmalıdır. Bu, tədqiqat, informasiya, praktikyönümlü tapşırıq ola bilər.
2. Layihənin icra planı olmalıdır. Layihə addım-addım işlənməlidir.
3. Hər bir layihə mütləq şagirdlərin tədqiqat işini tələb etdiyindən layihə fəaliyyətinin əsas cəhəti informasiya axtarşıdır ki, bu da sonra emal olunur, dərk edilir və layihə qrupunun iştirakçılarına təqdim edilir.
4. Layihə üzərində işin yekunu, başqa sözlə, layihənin nəticəsi – məhsul olmalıdır.
5. Hazırlanmış məhsul inandırıcı şəkildə və problemin həlli üçün ən məqbul vasitə kimi təqdim edilməlidir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.