SOSİAL MÜHƏNDİSLİK HÜCUM TEXNİKALARI VƏ ONLARDAN MÜHAFİZƏNİN TƏŞKİLİ MƏSƏLƏLƏRİ

Authors

  • Mikayılova Məryəm Elşad qızı Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə magistrantı

Keywords:

şəbəkə, uzaqdan işləmə, informasiya sistemləri, kompüterlər, sosial mühəndislik, qorunma metodları

Abstract

Son zamanlar, sosial şəbəkələrin, xidmətlərin və ümumiyyətlə kompüterlərin istifadəsinin artması, eləcə də COVİD-19 səbəbilə karantin dövrlərindən etibarən uzaqdan işləmənin imkanlarının inkişafı sosial mühəndislik hücumlarının çoxalmasına səbəb olmuşdur. İnformasiya sisteminin təhlükəsizlik hücumlarına qarşı nə qədər qorunduğundan asılı olmayaraq, ən zəif halqa insan faktoru olduğundan sosial mühəndislik hücumları kiberhücumların ən geniş yayılmış formalarından birinə çevrilmişdir. Bu səbəbdən, belə hücumların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq çox vacibdir. Bu məqalədə ən geniş yayılmış sosial mühəndislik hücum texnikaları, onların qarşısını alma və qorunma metodları nəzərdən keçirilir və onlar müxtəlif meyarlara əsasən təsnif edilir. Təhlil əsasında, mühafizə səviyyəsində ən effektiv metodlar müəyyənləşdirilir və bu səviyyəni maksimuma çatdırmaq üçün bəzi çağırışlar təqdim edilir

Published

2025-04-14

How to Cite

Mikayılova Məryəm Elşad qızı. (2025). SOSİAL MÜHƏNDİSLİK HÜCUM TEXNİKALARI VƏ ONLARDAN MÜHAFİZƏNİN TƏŞKİLİ MƏSƏLƏLƏRİ. European Research Materials, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/ERM/article/view/5746

Issue

Section

Technical Sciences