MÜƏSSİSƏLƏRİN ANTİBÖHRANLI İDARƏ EDİLMƏSİNDƏ İNSAN FAKTORUNUN ƏHƏMİYYƏTİ

Authors

  • Mehbalıyeva Asya Xalid Azərbaycan Kooperasiya Universiteti, “Menecment və ticarət” kafedrasının baş müəllimi, Bakı, Azərbaycan

Keywords:

antiböhranlı idarəetmə, insan faktoru, kadr siyasəti, böhran vəziyyəti, idarəetmə prinsipləri, münaqişə idarəetməsi, insan kapitalı, kadr potensialı, motivasiya, işçi qüvvəsi, təşkilat inkişafı, psixoloji amillər, idarəetmə rolları

Abstract

Məqalədə müəssisələrin antiböhranlı idarə edilməsində insan faktorunun rolu təhlil edilir. Böhran vəziyyətləri zamanı idarəetmənin effektivliyi, təşkilatın hərtərəfli inkişafını təmin etmək üçün insan kapitalının düzgün idarə edilməsindən asılıdır. Böhranın idarə edilməsində rəhbərlərin əsas məqsədi, təşkilatdakı prosesi stabil saxlayaraq, mənfi təsirləri minimuma endirməkdir. Bu məqsədlə, müxtəlif kadr siyasətləri tətbiq olunur: passiv, reaktiv, önləyici və fəal kadr siyasətləri.

Böhran zamanı münaqişələr qaçınılmazdır, lakin konstruktiv münaqişələr təşkilatın inkişafı və böhrandan çıxışı üçün faydalı ola bilər. Rəhbərlik tərəfindən düzgün idarə olunan münaqişələr və əməkdaşlar arasında qarşılıqlı anlaşma, təşkilatın böhranın təsirlərindən daha az zərərlə çıxmasına kömək edir. İnsan kapitalı böhran vəziyyətlərinin qarşısını almaqda, təşkilatın bərpa olunmasında və inkişafında əhəmiyyətli rol oynayır.

Məqalə həmçinin insan amilinin münaqişə, motivasiya və idarəetmə strategiyaları ilə əlaqədar olaraq müəssisələrdəki struktur dəyişiklikləri və işçi qüvvəsinin qorunmasına dair geniş təhlil təqdim edir. Böhranın idarə olunması, kadr potensialının inkişaf etdirilməsi, işçi qüvvəsinin motivasiyası və təhlükəsiz əmək şəraiti təmin edilməsi vacib məqamlar kimi göstərilir. Bu tədbirlər, uzunmüddətli perspektivdə təşkilatın davamlı inkişafını və böhrandan çıxışını təmin edəcəkdir.

Published

2025-04-14

How to Cite

Mehbalıyeva Asya Xalid. (2025). MÜƏSSİSƏLƏRİN ANTİBÖHRANLI İDARƏ EDİLMƏSİNDƏ İNSAN FAKTORUNUN ƏHƏMİYYƏTİ. European Research Materials, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/ERM/article/view/5797

Issue

Section

Economic Sciences