AZƏRBAYCANDA BİZNES FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILIMASINDA STRATEJİ İDARƏETMƏNİN ROLU

Authors

  • Aydın Bəhrəmov i.ü.f.d., dosent əvəzi, Azərbaycan Kooperasiya Universiteti, Bakı, Azərbaycan

Keywords:

strateji idarəetmə, biznes fəaliyyəti, iqtisadi inkişaf, məqsəd və strategiya, planlaşdırma və proqnozlaşdırma, daxili və xarici amillər, iqtisadi və hüquqi mühit, bazar analizi, rəqabət, biznesin inkişafı, Azərbaycanda biznes, strateji inkişaf

Abstract

Müasir dövrdə biznesin səmərəli fəaliyyət göstərməsi üçün strateji idarəetmə mühüm rol oynayır. Strateji idarəetmə, müəssisənin uzunmüddətli inkişafını təmin etmək üçün daxili və xarici amilləri nəzərə alaraq məqsəd və strategiyaların müəyyən edilməsini əhatə edir. Bu proses, müəssisənin bazardakı mövqeyini gücləndirərək, iqtisadi və maliyyə göstəricilərinin inkişafına yönəlir.

Strateji idarəetmənin əsas funksiyalarından biri planlaşdırma və proqnozlaşdırmadır ki, bunlar müəssisənin gələcək fəaliyyətini müəyyən edir. Bu proseslərdə bazar və mühit faktorlarının təhlili, xüsusən iqtisadi, hüquqi və makroiqtisadi amillər vacib yer tutur. Azərbaycanda biznesin inkişafına təsir edən amillər, ölkənin spesifik iqtisadi və siyasi şəraitinə uyğun olaraq təhlil edilməlidir.

Azərbaycanda biznesin inkişafına təsir edən əsas amillər arasında iqtisadi və hüquqi mühitin, bazar dinamikalarının və sosial-mədəni amillərin əhəmiyyəti qeyd olunur. Bu amillər, həmçinin, biznesin inkişaf perspektivlərinin formalaşmasında və qiymətləndirilməsində mühim rol oynayır. Müəssisə fəaliyyətinin müsbət nəticələrə çatması üçün strateji idarəetmənin düzgün qurulması və daima yenilənməsi vacibdir.

Qlobal strateji təhlil də əhəmiyyətlidir, çünki dünya bazarında rəqabət mühiti və texnoloji inkişaflar müəssisələrin strategiyalarına təsir göstərir. Bu kontekstdə müasir dövrün strateji idarəetmə prosesləri, həm də mürəkkəbləşən texnoloji və sosial amillər tərəfindən formalaşır. Bu mürəkkəblik isə elmi-texniki tərəqqinin və bazar şərtlərinin davamlı izlənməsini tələb edir.

Published

2025-04-14

How to Cite

Aydın Bəhrəmov. (2025). AZƏRBAYCANDA BİZNES FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILIMASINDA STRATEJİ İDARƏETMƏNİN ROLU. European Research Materials, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/ERM/article/view/5798

Issue

Section

Economic Sciences