Şagirdlərin şifahi nitqinin inkişafı yolları

Authors

  • Rəfiyeva Xuraman Əli qızı Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Şəki filialı, Fransız dili müəllimi

Keywords:

xarici dillərin tədrisi, fransız dilinin uğurla öyrənilməsi, müxtəlif metodlar, lüğət ehtiyatının zənginləşdirilməsi

Abstract

Aşağı  siniflərdə  şəkillər  üzərində  iş  şagirdlərin  şifahi   nitqinin  inkişafına  müsbət  təsir  göstərir.Şagirdlərdə  elə  vərdişlər  yaratmaq  lazımdır ki,onlar  yalnız  şəkildə  gördüklərinin  əsiri  olmasın, özündən  müvafiq  əlavələr etməyi  bacarsınlar. Belə  olduqda  şagirdə  müfakimə  yürütmək  vərdişi  aşılanır.Bir  mövzuya  aid  seriya  xarakterli  şəkillər  üzrə  hekayə  qurmaq    şagirdləri  daha  çox  maraqlandırır. Şəkillər üzərində  işin belə təşkili  şagirdlərdə    müstəqil  müşahidə  qabiliyyəti yaratmaqla ,onların  idrak  fəaliyyətini  və başlıcası  şifahi  nitqini  inkişaf   etdirir. Düzgün seçilmiş forma və üsullar öyrənənlərin xarici dil təliminə marağını artırır. Üsulların düzgün seçilməsi şagirdlərin ünsiyyətə girməyə, fikirlərini sərbəst ifadə edə bilmələrinə zəmin yaradır. Onlarda tərəddüd  hissini, hazırcavablıqla, cəldliklə, çevikliklə əvəz edir. Bu standart və qeyri-standart dərs formaları dərs-müzakirə, dərs-mətbuat konfransı, tok-şou, dərs – ekskursiya, inteqrativ dərslər , “Beyin fırtınası”, auksion, klaster, rollu oyun, dəyirmi masa, Venn diaqramı, insert, ziqzaq, karusel, akvarium, qərarlar ağacı, layihələrin hazırlanması, söz assosiasiyası və s. ümumi, tam təhsil pilləsində də konsentrik prinsipə müvafiq istifadə olunur.

Published

2023-11-26

How to Cite

Rəfiyeva Xuraman Əli qızı. (2023). Şagirdlərin şifahi nitqinin inkişafı yolları. Foundations and Trends in Modern Learning, (4). Retrieved from https://ojs.publisher.agency/index.php/FTML/article/view/2543