Yaşıl dünya və riyaziyyat
Keywords:
ibtidai sinif, riyaziyyatın tədrisi, ekologiya, yaşıl enerji, məsələAbstract
Ekoloji məsuliyyətsizliyin nətiçəsi kimi ətraf mühitin çirklənməsi cəmiyyət qarşısımda duran ən mühüm problemlərdən biridir. Çirklənmiş hava, su, torpaq öz növbəsində bitki və heyvanlar aləminə, insanların sağlamlığına məhvedici təsir göstərir. Azərbaycan Respublikası da iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verərək sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən birini “Təmiz mühit və yaşıl artım ölkəsi” kimi müəyyən etmişdir. Azərbaycanda bu prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bu problemin həllində gənc nəslin ekoloji tərbiyəsi böyük rol oynayır. Ekoloji tərbiyənin əsas məqsədi uşaqlara təbiət qanunlarını öyrətmək, canlı orqanizmlərin ətraf aləmlə qarşılıqlı əlaqəsinın mahiyyətini anlatmaqdır. Müasir təhsil sistemində ekoloji tərbiyəyə diqqət yetirilməlidir və buna ibtidai siniflərdən başlamaq lazımdır. Müəllimlər və valideynlər məktəblilərə təbiətdə davranma qaydalarını oyrətməli, uşaqlarda təbiətə məsuliyyətli yanaşma vərdişləri formalaşdırmalıdırlar. Müasir təhsilin aktual məqsədi şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirməkdir. Yaradıcı təfəkkürün uğurlu inkişafı isə o vaxt mümkündür ki, dərs prosesinin təşkilində sistematik olaraq şagirdlər aktiv intellektual axtarışa cəlb edilsinlər. Məhz bu məqsədlə riyaziyyat dərslərində ekoloji məsələlərdən istifadə etmək tövsiyə olunur.
Published
How to Cite
Issue
Section
License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.