Xarici dillərin tədrisinin kommunikativ məqsədi
Keywords:
xarici dil, yeni texnologiya, kommunikasiya, təlim metodları, fəal interaktiv təlim, müasir dərsAbstract
Azərbaycanda bir neçə ildir ki, ənənəvi təhsil sistemi öz dövrünü başa vurmaqdadır. Qeyd edək ki, XX əsrin sonları və XXI əsrin əvvəllərinədək cəmiyyətdə dominant rol oynayan ənənəvi təhsil sistemində təhsil alanlara bir obyekt kimi yanaşılıb, təhsildə avtoritar idarəetmə üsullarına üstünlük verilib. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanılıb. Hazırda tədris-təlim prosesində yeni texnologiyaların tətbiqi, pedaqoji prosesin idarəedilməsində yeni yanaşmalardan istifadə, keyfiyyətli sinif-dərs sisteminin qurulmasına geniş imkanlar açır. Sinif-dərs sisteminin keyfiyyət təminatında ənənəvi dərslərdən fərqli olaraq, müasir dərsin təşkili həlledici rol oynayır. Bu halda sinif mühitində son dərəcə əhəmiyyətli dəyişikliklər baş verir, öyrədənlə öyrənən arasında, şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında müasir tələblərə cavab verən qarşılıqlı əlaqələr qurulur. Müasir təlim metodlarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadəyə yeni imkanlar yaranır. Bu isə müasir təlim prosesinin qarşıya qoyduğu məqsədlərə çatmağı daha da sürətləndirir.[1]
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.