Nəzəri və texnoloji istiqamətlərin real pedaqoji prosesə daxil edilməsi variantlarının işlənilməsi
Keywords:
təlim, elmi idrak formaları, təlim problemi, idrak məsələsi, pedaqoji quraşdırma, nəzəriyyə və prinsip, effektiv təlim, nəzəri və texnoloji istiqamətAbstract
Məqalədə müəyyən edilmiş nəzəri və texnoloji istiqamətlərin pedaqoji praktikaya inteqrasiya modellərini işləyib hazırlanması, onların tətbiqinin təlimin keyfiyyətinə təsirini sistemli şəkildə müəyyənləşdirilmişdir. Əsas fikir müasir təhsil mühitində nəzəri biliklərin praktikada effektiv şəkildə tətbiqini və texnoloji vasitələrin tədris prosesinə inteqrasiyasını təmin etməyə yönəlmişdir. Eyni zamanda, tədrisin interaktivliyini, tələbə yönümlü xarakterini və yaradıcı təfəkkürün inkişafını dəstəkləyən innovativ pedaqoji yanaşmaların formalaşdırılmasıdır. Tədqiqat obyekti isə təhsil prosesində nəzəri və texnoloji istiqamətlərin qarşılıqlı təsir mexanizmidir. Bu obyekt, yalnız bilik və bacarıqların ötürülməsi ilə məhdudlaşmır, həm də pedaqoji fəaliyyətin bütün iştirakçıları – müəllimlər və tələbələr – arasında qarşılıqlı əlaqə və sinergetik proseslərin qurulmasını əhatə edir. Tədqiqatın subyekti isə bu mexanizmlərin praktikada işlənilməsi və tətbiq edilməsidir. Nəzəri və texnoloji istiqamətlərin mahiyyəti, inkişaf mərhələləri və əsas prinsiplərinin araşdırılması, bu istiqamətlərin pedaqoji prosesə təsir mexanizmlərini müəyyənləşdirmək və onların tətbiq imkanlarını sistemləşdirərək təcrübə-sınaq yolu ilə bu modelin səmərəliliyi və praktik faydalılığı təhlil olunur.
Nəzəri və texnoloji istiqamətlərin sintezini təmin edən yeni pedaqoji inteqrasiya modeli işlənmiş və təqdim edilmişdir. Müasir tədris texnologiyalarının pedaqoji prosesdə tətbiqi mexanizmləri sistemləşdirilmiş, onların praktiki effektivliyi diqqətə çatdırılır
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.