TƏSADÜFİ DOLAŞMANIN QEYRİ - XƏTTİ SƏRHƏD MƏSƏLƏLƏRİ

Authors

  • Fəda Hənnan oğlu Rəhimov BDU, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
  • Nurlan Səhhət oğlu Hüseynzadə BDU, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

Keywords:

Təsadüfi dolaşma, qeyri-xətti sərhəd, dayanma zamanı, hitting time, stokastik proseslər, maksimum funksional, ehtimal nəzəriyyəsi, sərhəd keçidi

Abstract

Bu işdə qeyri-xətti sərhəd şəraitində təsadüfi dolaşma modeli tədqiq olunur. Təsadüfi dolaşma verilmişdir və burada X asılı olmayan və eyni paylanmış təsadüfi kəmiyyətlərdir.

Sərhəd funksiyası ümumi halda zaman dəyişənindən asılı qeyri-xətti funksiya kimi götürülür. Xüsusi hallarda g(n)= a+cn və g(n) = a+ clog(n+1) kimi sərhədlər nəzərdən keçirilir. Bu tip sərhədlərdə artım sürətinin dəyişkən olması səbəbindən sərhədə çatma probleminin analizi xətti sərhəd halına nisbətən daha mürəkkəb xarakter daşıyır.

Əsas tədqiq olunan funksional sərhədə ilk çatma zamanıdır. Bu zamanın paylanması və sərhəd keçidi ehtimalı maksimum funksional yanaşma əsasında araşdırılır. Alınan nəticələr göstərir ki, qeyri-xətti sərhəd problemi trayektoriyanın lokal maksimum davranışı ilə sıx bağlıdır.

Published

2026-06-29

How to Cite

Fəda Hənnan oğlu Rəhimov, & Nurlan Səhhət oğlu Hüseynzadə. (2026). TƏSADÜFİ DOLAŞMANIN QEYRİ - XƏTTİ SƏRHƏD MƏSƏLƏLƏRİ. Foundations and Trends in Modern Learning, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/FTML/article/view/8999