“28 May” Neftqazçıxarma İdarəsində dənizdən nəql etdirilən qazın separasiya prosesinin təhlili
Keywords:
dəniz qazı, separasiya, çoxfazalı axın, separator, 28 May NQÇİ, qaz nəqliAbstract
Məqalədə “28 May” Neftqazçıxarma İdarəsində dənizdən nəql etdirilən qazın separasiya prosesinin texnoloji xüsusiyyətləri təhlil edilmişdir. Dəniz şəraitində hasil olunan qaz quyu ağzından nəql sisteminə daxil olarkən yalnız qaz fazasından ibarət olmur, onun tərkibində kondensat, lay suyu, mexaniki qarışıqlar və müxtəlif maye damcıları mövcud ola bilər. Bu səbəbdən qazın nəql və emal sistemlərinə verilməzdən əvvəl separasiya olunması texnoloji təhlükəsizlik, avadanlığın qorunması və məhsul keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Tədqiqatda qaz-maye qarışığının ayrılması, separatorların iş prinsipi, çoxfazalı axın rejimi, slug effekti, hidrat və korroziya riskləri araşdırılmışdır. Eyni zamanda separasiya prosesinin səmərəliliyinə təsir edən əsas göstəricilər sistemləşdirilmiş və prosesin optimallaşdırılması istiqamətləri müəyyən edilmişdir. Nəticə olaraq qeyd olunur ki, dənizdən nəql etdirilən qazın stabil separasiyası təzyiq, temperatur, maye səviyyəsi, qaz sərfi və avadanlığın texniki vəziyyətinə davamlı nəzarət əsasında təmin edilməlidir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.