AĞILLI İSTEHSALATDA IOT SENSOR ŞƏBƏKƏLƏRININ PROQNOZLAŞDIRICI BAXIM ALQORITMLƏRI VƏ İQTISADI SƏMƏRƏLILIYI
Keywords:
əşyaların interneti (IoT), proqnozlaşdırıcı baxım, Sənaye 4.0, əməliyyat xərcləri, sistem analiziAbstract
Müasir rəqəmsal iqtisadiyyat və Sənaye 4.0 paradiqması şəraitində Əşyaların İnterneti (IoT) sensor şəbəkələrinin istehsalat sistemlərinə inteqrasiyası müəssisələrin əməliyyat səmərəliliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır. Bu baxımdan tədqiqatın məqsədi ağıllı istehsalat müəssisələrində IoT sensorları vasitəsilə avadanlıqların texniki vəziyyətinin anlıq monitorinqini aparmaq, proqnozlaşdırıcı baxım (Predictive Maintenance) alqoritmlərinin struktur-funksional modelini layihələndirmək və bu texnologiyanın tətbiqi nəticəsində əldə olunan əməliyyat xərclərinin optimallaşdırılmasını kəmiyyət üsulları ilə qiymətləndirməkdir. IoT sensor şəbəkələrindən daxil olan temperatur, vibrasiya və təzyiq kimi böyük verilənlərin analizi gözlənilməz qəza dayanmalarını öncədən proqnozlaşdıraraq maşın və avadanlıqların faydalı iş əmsalını maksimallaşdırır. Tədqiqat çərçivəsində ənənəvi reaktiv baxım modelindən proqnozlaşdırıcı intellektual idarəetmə modelinə keçidin riyazi-iqtisadi əsasları formalaşdırılmış, texnoloji investisiyaların geri qayıtma müddəti (ROI) analiz edilmişdir. Nəticə etibarilə, IoT əsaslı proqnozlaşdırıcı baxım alqoritmlərinin tətbiqi sənaye müəssisələrinə dayanıqlı istehsalat dinamikası, minimum amortizasiya itkiləri və güclü strateji üstünlük qazandırır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.