Yaş dövrlərinə görə mütəhərrik oyunların tədrisi

Authors

  • Çobanova Nərgiz Məhəmməd qızı ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Keywords:

oyun, uşaq, mütəhərrik, keyfiyyət, qabiliyyət, halqa, bayraq

Abstract

Uşaq oyunu inkişaf üçün böyük əhəmiyyət kəsb edir. Uşaq nə qədər çox oynayarsa, dərketmə, yetkinləşmə, həyata pozitiv münasibət bir o qədər yüksək olar.

Oyunlar uşağın əmək fəaliyyətini əks etdirir. Uşaq oyunu  o vaxtadək oynayır ki ,onun sadə əmək prosesinin icrasını öyrənir .İ.M.Seçenov belə  hesab edirdi ki, körpə uşaqlarda oyunların rüşeyimi xaricdən (Məsələn parlaq  rənglənmiş  əşyadan, zınqırovun səsində) aldığı elementar  zövq, hissiyyat, xarici  aləmin başa düşməsinə can atmasının təməlində qoyulur . Bütün xarici  qıcıqlanmanı qavrama  hissiyyat   kiçik  yaşlı uşaqlarda oyunlara qarşı özlərinə xoş olan rəngarəng arzu və meyllər yaradır. Uşaqlarda kifayət qədər hərəkət olmadıqda yorğunluq hissi  yaranır və əzginlik hiss edilir. Düşüncə, fikir yürütmə qabiliyyətinin inkişafı üçün əzələlərin hərəkət etməsinin  böyük  əhəmiyyəti vardır.

Published

2023-10-29

How to Cite

Çobanova Nərgiz Məhəmməd qızı. (2023). Yaş dövrlərinə görə mütəhərrik oyunların tədrisi. Foundations and Trends in Research, (4). Retrieved from https://ojs.publisher.agency/index.php/FTR/article/view/2341

Issue

Section

Pedagogical Sciences