EKSTRALİNQVİSTİKANIN NİTQ MƏDƏNİYYƏTİNƏ TƏSİRİ
Abstract
Ekstralinqvistika termini mənşəcə latın dilinə məxsusdur. Termin qruluşca iki tərkib hissədən ibarətdir: ekstra-üstün, xaric, kənar, linqvistika isə dilçilik mənasını bildirir. Odur ki, bu termin dilçilikdə dilxarici qarşılığı ilə əvəz edilmişdir. Ekstralinqvistikanın parametrləri biristiqamətli deyildir. Ekstralinqvistika bir çox şaxələnmiş amilləri əhatə edir ki, onlar əslində dilxarici olsa da dilə, onun ifadə tərzinə, üslubi rəngarəngliyinə, o cümlədən, dil elementlərindən məqsədyönlü şəkildə istifadə məsələlərinə ciddi təsir göstərir. Beləliklə, ekstralinqvistik amillər dildən kənar olsa da onlar dilin müvafiq situasiyalarına təsir göstərməklə özünəməxsus dil strukturu elementlərinin formalaşmasına da zəmin yaradır. Ekstralinqvistik amillər başlıca olaraq dilin sosial problemlərinə uyğun olaraq baş qaldırır. Buraya daxil olan təsiredici vasitələr və onların nizamlanması üsullarını aşağıdakı kimi ümumiləşdirmək olar:
- Beynəlxalq intqerasiya mühitinin yaranması ilə yeni informasiyaların yayılması şəraitində alınmaların qaydaya salınması, onların unifikasiyası; yəni ana dilinormalarına uyğunlaşdırılması
- Akademik və işgüzar kommunikasiya vasitələrinin genişlənməsi ilə əlaqədar dil normalarının tənzim olunması
- Cəmiyyətdə baş verən iqtisadi, ictimai, sosial, mədəni-məişət hadisələri ilə bağlı dil vasitələrinin nizamlanması
- Ana dilinin inkişafı ilə bağlı üslublar sistemində normaların sabitləşdirilməsi
- Ana dili elementlərində bədii informasiya vasitələrinin (ritorizmin, poetizm yaradan ritmik vasitələrin, təkrar və paralel nitq elementlərinin) tələffüz və nitq üsullarına dair prosodik normaların müəyyən edilməsi.
Elmi-tədqiqat işində başlıca olaraq ekstralinqvistik hadisə ilə bağlı, prosodik-nitq normalarına dair problemlər ümumiləşdirilir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.