N.Gəncəvi poemalarında vətənpərvərlik və beynəlmiləl ideyaların tərənnümü
Keywords:
şair, vətənpərvərlik, vətən, ideya, beynəlmiləl, poemaAbstract
Məqalədə N.Gəncəvi yaradıcılığında vətənpərvərliyin tərənümündən danışılır. Şairin əsərləri məhz bu baxımdan təhlil edilir. Qeyd edilir ki, Nizami zəmanəsinin ən qabaqcıl adamlarından biri kimi ölkəsinin bağlı-bağatlı şəhərlərini, gül-çiçəkli, çəmənli çölləri, başı ağ örpəyə bürünmüş qarlı dağlarını sevərək onun yadelli işğalçılardan müdafiə olunması zərurətini qeyd etmişdir. Şairə görə insanın boya-başa çatdığı yer hər şeydən əvvəl onun üçün əzizdir. Nizami poetik qüdrətinə inandığı üçün vətənini daha da şöhrətləndirəcəyinə ümid bəsləyirdi və öz əsərlərində bu hissləri canlandırırdı.
Published
2023-10-29
How to Cite
Gülnarə Adil qızı Kazımova. (2023). N.Gəncəvi poemalarında vətənpərvərlik və beynəlmiləl ideyaların tərənnümü. Foundations and Trends in Research, (4). Retrieved from https://ojs.publisher.agency/index.php/FTR/article/view/2369
Issue
Section
Literature
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.