LOGİSTİKA BİR ELM KİMİ: TARİXİ, İNKİŞAF MƏRHƏLƏLƏRİ

Authors

  • Şəbnəm Şamil qızı Axundova Azərbaycan Dövlət Pedaqoji Universiteti, dissertant
  • Shabnam Akhundova Azerbaijan State Pedagogical University, Phd student, https://orcid.org/0009-0004-7454-6003

Abstract

XX əsrin yeni iqtisadyönümlü elm sahələrindən biri də logistikadır. Logistika – insan fəaliyyətinin  bütün sahələrində tələbat olan  və ehtiyac duyulan elm sahəsidir. Logistika ölkədaxili və ölkələrarası inteqrativ əlaqələrin artması ilə müşahidə edilən bazar iqtisadiyyatında bazar fəaliyyətinin optimal formalarını axtarıb tapır, həmçinin məhsul çeşidinin artırılması, istehsalçı sifarişlərinə dolğun cavab vermək baxımından əlavə vaxt qazanması deməkdir. Bir sözlə, bazar iqtisadiyyatı şəraitində “iqtisadi sistemdə mühüm rol oynayan və onun əsas halqalarından biri olan sahibkarlıq firmaları özlərinin korporativ  missiyalarının  həyata keçirilməsi və qarşılarına qoyduqları məqsədlərə (mənfəət həcminin  artırılması, bazar siqmentinin genişləndirilməsi, istehlak xərclərinin azaldılması, əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsi) nail olması üçün marketinq və menecment  bazası əsasında  güclü təsərrüfat mexanizminə malik olmalıdır” (İmanov, I c, 2005:9).

Logistikanın müstəqillik qazanmış və bazar iqtisadiyyatı yolu ilə inkişaf edən dövlətlərdə tətbiqi təcrübəsi az olsa da, mütəxəssislər arasında bununla bağlı vahid fikir birliyi yoxdur. Bu terminin keçdiyi yol onun mənası, semantikası ilə bağlı mübahisələr yaratmışdır. Yunan dilində “logizesthai” sözü oxumaq, hesablamaq, yadda saxlamaq mənasını verir. Qədim yunanlar logistikanı hesablama aparmaq kimi başa düşürdülər və dövlət nəzarətçilərini “logistik” adlandırırdılar. Beləliklə, logistikanın yaranma tarixi və inkişaf mərhələləri uzaq keçmişlə bağlıdır. Eramızdan əvvəl IV əsrdə Afinanın ictimai quruluşunun  və mədəniyyətinin çiçəkləndiyi bir vaxtda Qədim Yunanıstanda 100 logistik vardı və yunan alimi Arximed əsərlərində bunu göstərirdi.

Published

2024-05-26

How to Cite

Şəbnəm Şamil qızı Axundova, & Shabnam Akhundova. (2024). LOGİSTİKA BİR ELM KİMİ: TARİXİ, İNKİŞAF MƏRHƏLƏLƏRİ. Foundations and Trends in Research, (6). Retrieved from https://ojs.publisher.agency/index.php/FTR/article/view/3663