Ekosentrizm və Antroposentrizm Perspektivlərindən Azərbaycan və İngilis Dillərində Atalar Sözləri Nümunələrinin Təhlili

Authors

  • Həsənova Vüsalə Fərrux qızı Dissertant (ADU), zərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialı, Orcid Id : 0000-0003-3529-032X

Abstract

     İnsanların təbiət və dünya ilə mübasibətini fərqli perspektivlərdən izah edən iki fəlsəfi yanaşma-ekosentrizm və antroposentrizm anlayışlarıdır. Ekosentrizm, insan toxunuşunun təbiətin ümumi gedişatına təsirinin minimal olduğu, insanların yalnız təbiətin bir hissəsi olaraq mövcudluğu və təbiətin əhəmiyyətinin insanların ehtiyaclarından daha çox qiymətə malik olduğu bir  baxışı müdafiyə edir.(1)

   Antroposentrizm isə insanların təbiət üzərindəki üstünlüyünü və təbiətin yalnız insan ehtiyaclarına xidmət etməli olduğunu qəbul edən bir fəlsəfi yanaşmadır. Bu yanaşmada, təbiət və digər canlılar insanın məqsədlərinə xidmət edən vasitələr olduğu görülür. (2 səh. 1205-1207)

    Hər iki fəlsəfi perspektiv, mədəniyyətlər və dillər arasında müxtəlif formalarda təzahür edir. Azərbaycan və İngilis dillərindəki atalar sözləri, bu perspektivlərin dil vasitəsilə necə ifadə olunduğunu göstərən mühüm nümunələr təqdim edir. Ekosentrizm və antroposentrizm anlayışlarının bir-birinə zidd yanaşmaları, bu dillərdəki atalar sözlərində fərqli mənalar və mesajlar yaradır.

     Məqalənin məqsədi, Azərbaycan və İngilis dillərindəki atalar sözləri vasitəsilə ekosentrizm və antroposentrizm perspektivlərini müqayisə etmək və bu fərqli yanaşmaların mədəniyyətlərdə necə təzahür etdiyini analiz etməkdir. Beləliklə, həm ekosentrizmə, həm də antroposentrizmə aid atalar sözləri üzərində aparılacaq təhlil, dilin və mədəniyyətin təbiətə və insanlara münasibətini daha dərindən anlamağa imkan verəcəkdir.

Published

2025-04-07

How to Cite

Həsənova Vüsalə Fərrux qızı. (2025). Ekosentrizm və Antroposentrizm Perspektivlərindən Azərbaycan və İngilis Dillərində Atalar Sözləri Nümunələrinin Təhlili. Foundations and Trends in Research, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/FTR/article/view/5670

Issue

Section

Philological Sciences