BLIND SQL INJECTION VƏ PYTHON İLƏ BRUTE FORCE HÜCUMU
Keywords:
SQL injection, Python, Blind SQL, Boolean-based SQL, Time-based SQL, Python ilə avtomatlaşdırma, Məlumat bazası təhlükəsizliyi, Hücum simulyasiyası, Veb tətbiq təhlükəsizliyiAbstract
Bu məqalə veb tətbiqlərində geniş yayılmış SQL Injection hücumlarının xüsusi növü olan Blind SQL Injection (Kor SQL inyeksiyası) və onun Python vasitəsilə avtomatlaşdırılması üzərində qurulacaqdır. Məqalə iki əsas istiqaməti əhatə edir: birincisi, Blind SQL Injection texnikasının mahiyyəti və hücumun necə həyata keçirildiyi, ikincisi isə bu prosesi Brute Force metodu ilə səmərəli şəkildə avtomatlaşdırmaq üçün Python skriptlərinin hazırlanmasıdır.
Blind SQL Injection zamanı serverdən birbaşa məlumat çıxışı mümkün olmur. Bunun əvəzinə, hücumçu cavablardakı məntiqi nəticələrə və serverin cavab vaxtlarına əsaslanaraq məlumatları çıxarmağa çalışır. Məqalədə Boolean-based və Time-based texnikalarının təfərrüatlı izahı veriləcəkdir. Boolean-based metodunda sorğunun nəticəsinin doğru və ya yanlış olması üzərindən analiz aparılır, Time-based metodunda isə serverin cavab müddətinə süni gecikdirmə tətbiq edilərək məlumatın doğruluğu yoxlanılır.
Məqalənin praktiki hissəsində Python dili vasitəsilə Blind SQL Injection hücumlarının avtomatlaşdırılması ətraflı təsvir olunacaq. Python-un requests, time və digər əlaqəli kitabxanalarından istifadə etməklə Brute Force skriptlərinin yazılması nümayiş etdiriləcək. Bu skriptlər verilənlər bazasındakı məlumatları sistematik şəkildə əldə etmək üçün sorğuların ardıcıl və ya parametrləşdirilmiş şəkildə icrasını təmin edəcəkdir.
Məqalədə real nümunələrlə Blind SQL Injection-un necə işlədiyi və onun Brute Force üsulu ilə hansı mərhələlərdən keçdiyi addım-addım göstərilir. Təhlükəsizlik mütəxəssisləri, tədqiqatçılar və veb proqramçılar üçün bu yazı, SQL zəifliklərinin aşkarlanması və təhlili istiqamətində praktiki bilik və bacarıqlar qazandıracaqdır. Məqalənin məqsədi, oxuculara bu hücumları başa düşmək, icra etmək və gələcəkdə bu cür təhlükəsizlik boşluqlarının qarşısını almaq üçün lazımi bilikləri təqdim etməkdir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.