QLOBAL ELEKTRİK AVTOMOBİL BAZARINDA İSTEHSALÇI ŞİRKƏTLƏRİN SATIŞ DİNAMİKASI VƏ RƏQABƏT MÖVQELƏRİNİN TƏHLİLİ
Keywords:
elektrik avtomobili, satış analizi, qlobal bazar, istehsalçı şirkətlər, rəqabət strategiyasıAbstract
Məqalədə elektrik avtomobili istehsal edən müxtəlif ölkə şirkətlərinin satış göstəriciləri və qlobal bazarda tutduğu mövqelər təhlil olunur. Elektrik avtomobillərinə tələbatın artması enerji təhlükəsizliyi, ekoloji problemlərin azaldılması, karbon emissiyalarının məhdudlaşdırılması və innovativ nəqliyyat texnologiyalarının inkişafı ilə sıx bağlıdır. Bu baxımdan ABŞ, Çin və Avropa şirkətlərinin bazar fəaliyyəti, satış dinamikası və rəqabət üstünlükləri xüsusi əhəmiyyət kəsb edir. Məqalədə elektrik avtomobil bazarının formalaşma xüsusiyyətləri, əsas istehsalçıların satış performansı, bazar payı və şirkət strategiyalarının nəticələrə təsiri araşdırılır. Təhlil göstərir ki, Çin şirkətləri geniş istehsal həcmi və daxili bazar üstünlüyü ilə seçilir, ABŞ şirkətləri texnoloji innovasiyalar və marka dəyəri hesabına rəqabət aparır, Avropa istehsalçıları isə keyfiyyət, təhlükəsizlik və ekoloji standartlara əsaslanan strategiya formalaşdırırlar. Eyni zamanda, batareya texnologiyaları, dövlət dəstəyi, enerji doldurma infrastrukturu və istehlakçı davranışları satışların inkişafına təsir edən əsas amillər kimi qiymətləndirilir. Məqalənin nəticəsi göstərir ki, elektrik avtomobil bazarında gələcək rəqabət yalnız satış həcmi ilə deyil, həm də texnoloji yenilik, qiymət siyasəti, təchizat zənciri və davamlı inkişaf strategiyaları ilə müəyyən olunacaqdır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.