Assimmetrik Kriptoqrafiya: Nəzəri Əsaslar, Alqoritmlər və Müasir Tətbiq Perspektivləri
Keywords:
Assimmetrik kriptoqrafiya, RSA alqoritmi, elliptik əyri kriptoqrafiyası, açıq açar infrastrukturu, rəqəmsal imza, post-kvant kriptoqrafiyaAbstract
Bu tədqiqat işi assimmetrik kriptoqrafiyanın nəzəri əsaslarını, əsas alqoritmlərini və onların müasir informasiya təhlükəsizliyi sistemlərindəki rolunu araşdırır. Məqalədə açıq açar infrastrukturunun (PKI) fəaliyyət prinsipləri, RSA, ECC və ElGamal alqoritmlərinin riyazi əsasları ətraflı şəkildə izah edilir. Tədqiqatın əsas məqsədi mövcud assimmetrik kriptoqrafik alqoritmlərin performans göstəricilərini müqayisəli şəkildə analiz etmək və onların real tətbiq ssenarilərinə uyğunluğunu dəyərləndirməkdir. İş zamanı analitik müqayisə, və eksperimental ölçmə metodologiyalarından istifadə edilmişdir. Əldə edilən nəticələr göstərir ki, elliptik əyri kriptoqrafiyası (ECC) eyni təhlükəsizlik səviyyəsini RSA-ya nisbətən daha kiçik açar uzunluğu ilə təmin edir, bu da onu resurs məhdud cihazlarda üstün seçim edir. Tədqiqatın elmi yeniliyi kvant hesablaması dövrünün tələbləri kontekstində post-kvant kriptoqrafik alqoritmlərin müqayisəli dəyərləndirilməsini özündə cəmləşdirir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.