LİNUX SİSTEMLƏRİNİN OPTİMALLAŞDIRILMASI: KERNEL, ŞƏBƏKƏ VƏ SERVER MÜHITI
Keywords:
Linux, kernel optimallaşdırması, şəbəkə konfiqurasiyası, server performansı, sysctlAbstract
Bu məqalə Linux əməliyyat sistemlərinin məhsuldarlığının artırılması üçün kritik olan kernel, şəbəkə və server konfiqurasiyalarının optimallaşdırılması tədqiqatlarını əhatə edir. Müasir IT infrastrukturlarında Linux-un geniş tətbiqi, onun yüksək performanslı mühitlərdə effektivliyini tələb edir. Kernel parametrlərinin düzgün tənzimlənməsi aparat resurslarından istifadənin optimallığını təmin edir. Eyni zamanda, şəbəkə yığımı (network stack) və TCP/IP parametrlərinin incə tənzimlənməsi şəbəkə resurslarının maksimum bant genişliyində istifadəsinə imkan yaradır. Server optimallaşdırılması prosesi isə giriş/çıxış (I/O) əməliyyatlarının səmərələşdirilməsi, yaddaşın effektiv idarə olunması və proses planlayıcılarının (process scheduler) tənzimlənməsini özündə birləşdirir. Aparılan təhlillər təsdiqləyir ki, sistemli və kompleks optimallaşdırma yanaşmaları sistemin ümumi məhsuldarlıq göstəricilərini 30-50% aralığında yüksəldə bilər. Məqalədə, həmçinin, sistemin monitorinqi və optimallaşdırılması üçün istifadə olunan müxtəlif alətlərin müqayisəli analizi verilmiş və sistem administratorları üçün vacib olan praktiki tövsiyələr təqdim edilmişdir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.