NEFTİN SƏRFİNİ ULTRASƏS METODU İLƏ ÖLÇƏN SİSTEM
Keywords:
neft sərfi, ultrasəs sərfölçən, tranzit-vaxt metodu, neft quyusu, cross-correlation, ölçmə sistemi, kalibrləməAbstract
Məqalədə neftin sərfinin ultrasəs metodu ilə ölçülməsi üçün istifadə olunan sistemlərin iş prinsipi, texniki quruluşu və neft sənayesində tətbiq imkanları araşdırılır. Əsas diqqət tranzit-vaxt metoduna, ultrasəs impulslarının axın istiqamətində və axına qarşı yayılma müddətləri arasındakı fərqin ölçülməsinə yönəldilir. Məqalədə həm ənənəvi sərfölçmə üsulları ilə ultrasəs yanaşmasının müqayisəsi, həm də neft quyusu və boru kəməri şəraitində ölçmə dəqiqliyinə təsir edən amillər təhlil olunur. Sistem səviyyəsində ultrasəs çeviriciləri, ölçmə borusu, siqnal gücləndirmə və filtrasiya bloku, mikroprosessor-hesablayıcı modul və göstərici-displey hissəsi ayrıca izah edilir. Eyni zamanda threshold və cross-correlation metodlarının fərqləri cədvəl əsasında göstərilir. Tədqiqatın ümumi nəticəsi ondan ibarətdir ki, ultrasəs sərfölçənlər hərəkətli mexaniki hissələrin olmaması, təzyiq itkisi yaratmaması və real vaxt rejimində ölçmə aparmaq imkanı ilə neft sənayesində perspektivli ölçmə texnologiyası hesab edilə bilər.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.