SEMANTİK TƏSNİFAT ƏSASINDA MÜŞTƏRİ RƏYLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ İNTELLEKTUAL SİSTEMİNİN İŞLƏNİLMƏSİ (TURİSTİK MÜƏSSİSƏLƏR TİMSALINDA)
Keywords:
semantik təsnifat, sentiment analizi, təbii dilin emalı, TF-IDF, Logistic Regression, müştəri rəyləri, turizm müəssisələriAbstract
Bu tezisdə turistik müəssisələr timsalında müştəri rəylərinin semantik təsnifat əsasında avtomatik qiymətləndirilməsi üçün intellektual sistemin işlənilməsi məsələləri araşdırılır. Tədqiqatda istifadəçi rəylərinin toplanması, ilkin emalı və təbii dilin emalı (NLP) üsulları vasitəsilə sentiment analizinin aparılması metodları sistemli şəkildə təhlil edilir. Mətn verilənlərinin TF-IDF üsulu ilə ədədi vektorlara çevrilməsi və Logistic Regression modelinin tətbiqi ilə rəylər pozitiv, neytral və neqativ kateqoriyalara ayrılır. Modelin performansı dəqiqlik (accuracy), dəqiqlik dərəcəsi (precision), həssaslıq (recall) və F1-ölçüsü kimi metriklər əsasında qiymətləndirilir, nəticələr statistik və vizual üsullarla təqdim olunur. Tədqiqat nəticələri göstərir ki, təklif olunan yanaşma turizm müəssisələrində müştəri məmnuniyyətinin obyektiv qiymətləndirilməsi və xidmət keyfiyyətinin artırılması üçün effektiv alət kimi istifadə oluna bilər
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.