İNFORMASİYA MÜDAFİƏSİ TEXNOLOGİYASI

Authors

  • Vüsal İxtiyar oğlu Məmmədov
  • Qoşqar Seyfulla oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəşilik Akademiyası “Dövlət idarəçiliyində informasiya texnologiyaları “ kafedrasının dosenti

Keywords:

İnformasiya müdafiəsi texnologiyası, kibertəhlükəsizlik, məlumat sızıntıları, süni intellekt, kvant şifrələmə, texnoloji irəliləyişlər, potensial təhlükələr

Abstract

Tədqiqatın Məqsədi:

Bu tədqiqatın məqsədi informasiya müdafiəsi texnologiyalarının (IMT) inkişaf perspektivlərini araşdırmaq, mövcud problemləri müəyyənləşdirmək və süni intellekt (AI), maşın öyrənməsi (MÖ) və blokçeyn texnologiyalarının kibertəhlükəsizlik sahəsində potensial tətbiqlərini qiymətləndirməkdir.

Tədqiqatın Metodologiyası:

Tədqiqatda analiz, sintez, müqayisə və ümumiləşdirmə metodlarından istifadə olunmuşdur. Eyni zamanda, IMT sahəsindəki mövcud elmi ədəbiyyatlar və praktik tədqiqatlar araşdırılaraq müqayisəli təhlillər aparılmışdır.

Tədqiqatın Tətbiqi Əhəmiyyəti:

Bu tədqiqatın nəticələri informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, dövlət qurumları və özəl şirkətlər üçün faydalı ola bilər. Xüsusilə, süni intellekt və maşın öyrənməsi əsaslı təhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı yeni yanaşmalar təqdim edilir.

Tədqiqatın Nəticələri:

Araşdırmanın nəticələrinə əsasən, mövcud IMT metodları bəzi kibertəhlükələrə qarşı qeyri-kafi qala bilər. Süni intellekt və maşın öyrənməsi əsaslı sistemlərin təhlükəsizlik sahəsində effektivliyi göstərilmiş və blokçeyn texnologiyasının informasiya təhlükəsizliyi üçün potensial istifadəsi təhlil edilmişdir.

Tədqiqatın Orijinallığı və Elmi Yeniliyi:

Bu tədqiqat IMT sahəsində süni intellekt və blokçeyn texnologiyalarının gələcək tətbiq perspektivlərini sistemli şəkildə araşdıran məqalələrdən biridir. Yeni texnologiyaların kibertəhlükəsizliyə inteqrasiyası və onların effektivliyi ilə bağlı elmi əsaslandırmalar təqdim edilmişdir.

Published

2026-05-31

How to Cite

Vüsal İxtiyar oğlu Məmmədov, & Qoşqar Seyfulla oğlu Əliyev. (2026). İNFORMASİYA MÜDAFİƏSİ TEXNOLOGİYASI. Foundations and Trends in Research, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/FTR/article/view/8852