Maliyyə-kredit sisteminin təhlili prosesi və maliyyə hesabatlarının dəqiqləşdirilməsi

Authors

  • N.A.Hacıyeva dosent, Azərbaycan Texnologiya Universiteti
  • Sevinc İsgəndərova magistr, Azərbaycan Texnologiya Universiteti

Abstract

Təhlil zamanı obyekt – məsələn, müəssisənin maliyyəsi məsələləri, müxtəlif hadisələrə bölünür, analitik prosedurların tətbiqi ilə bu hissələr öyrənilir və idarəetmə qərarları üçün əsas yaranır. Bəllidir ki, təhlil bir dərketmə metodu kimi, müxtəlif elm sahələrində - həm təbii elmlərdə, həm də ictimai elmlərdə tətbiq edilir. Məlumdur ki, iqtisadçılar da təhlildən istifadə edirlər və biz bilirik ki, maliyyə təhlili iqtisadi təhlil sisteminin əsas altsistemlərindəndir.

Bundan başqa bəllidir ki, iqtisadi təhlil – elementlərə bölgünü nəzərdə tutan elmi metodun iqtisadi reallığa tətbiqidir və qəbulu bütöv obyektdən asan olan elementlərə bölgü ardıcıl olaraq ümumi izah sxemində birləşdirilir.

Məsələn, makroiqtisadi təhlil zamanı bütövlükdə ölkə iqtisadiyyatı bir neçə elementə - əmək bazarına, pul-kredit sferasına bölünür yaxud məcmu tələb ayrıca, xarici iqtisadi əlaqələr ayrı öyrənilir və bu zaman konkret nəticələr əldə edilir, ümumiləşdirmələr aparılır.

Published

2023-12-25

How to Cite

N.A.Hacıyeva, & Sevinc İsgəndərova. (2023). Maliyyə-kredit sisteminin təhlili prosesi və maliyyə hesabatlarının dəqiqləşdirilməsi. Modern Scientific Technology, (5). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/2735

Issue

Section

Economic sciences