ISMI XƏBƏRİN FRANSIZ VƏ AZƏRBAYCAN DILLƏRINDƏ MÜQAYİSƏLİ TƏHLİLİ

Authors

  • Rəfiyeva Xuraman Əli qızı Baş müəllim, Azərbaycan Dövlət edaqoji Universitetinin Şəki filialı, Orcid 0000-0001-9887-4619

Abstract

Biz   xarici  dili  ana  dili  ilə  müqayisədə  öyrənirik. Fransız  dilini  də  öyrənərkən bu  xarici  dil  ilə Azərbaycan dili  arasında  mövcud  olan müxtəlif  linqvistik fərqlərlə  rastlaşırıq. Bilirik  ki,dilçiliyin  bütün  sahələrində  bu  müxtəliflik  mövcuddur. Bu  müxtəliflik    qrammatika  sahəsində  daha  çox  diqqəti  cəlb  edir. Fikrimcə, qrammatika  dilin  tam  linqvistik  strukturunu  özündə  cəmləşdirir  və  daha  aydın  nümayiş  etdirir. Fransız  və  Azərbaycan  dilləri  müxtəlif  dillər  qrupuna daxil  olduqlarından  onların  qrammatik  quruluşları  da  müxtəlifdir. Bu baxımdan, ismi xəbər hər iki dildə müxtəlif  ifada vasitələrinə, müxtəlif quruluşa  və müxtəlif  məna çalarlarına malikdir. Xəbər cümlənin baş üzvlərindən biridir. Onun əsas vəzifəsi icraçının nə kimi hərəkətə və vəziyyətə, xüsusiyyətə və kəmiyyətə malik olduğunu göstərməkdir. Xəbər qrammatik cəhətdən mübtədaya tabedir. Yəni o, mübtədanın tələblərinə görə müəyyən əlamət qəbul edir. Rus dilçisi  U.U.Meşaninov göstərirdi ki, subyekt predikatsız, predicat subyektsiz  bitmiş fikri ifadə etmir. Xəbər  forması  haqqında      müxtəlif  fikirlər  səslənmişdir  . Fransız  dilçilərindən   E.K.Nikolskaya  və  T.Y.Qoldenberg   ’’Fransız  dilinin  qrammatikası,,dərsliyində bunu  qeyd  etmişlər.Xəbər  ifadə  vasitələrinə  görə  iki  cürdür : feli xəbər, ismi xəbər. Feli xəbər zamana və şəxsə görə dəyişən feillərlə (əmr, xəbər, lazım, vacib, arzu, şərt şəkilləri ilə), frazeoloji birləşmələrlə ifadə olunur.

İsimi xəbər isim, sifət, say, əvəzlik və ya zərflə, həmçinin ismi birləşmələrlə, mürəkkəb adlarla, məsdər və məsdər tərkibləri, feili sifət və feli sifət tərkibləri ilə ifadə olunur. Məsələn: Bu, yalnız Azərbaycanda  deyil, dünyada  tanınmış  bəstəkardır - cümləsindəki xəbər ismi xəbərdir. Çünki isimlə ifadə olunmuşdur.

Published

2023-12-25

How to Cite

Rəfiyeva Xuraman Əli qızı. (2023). ISMI XƏBƏRİN FRANSIZ VƏ AZƏRBAYCAN DILLƏRINDƏ MÜQAYİSƏLİ TƏHLİLİ. Modern Scientific Technology, (5). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/2741

Issue

Section

Philological Sciences