MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ SÖZ YARADICILIĞININ TƏDQİQİ TARİXİ ( İNKİŞAF DİNAMİKASI). Söz yaradıcılığında istifadə edilən dil vasitələrinin təhlili
Abstract
Azərbaycan və ingilis dilləri arasında şəkilçiləşmə sahəsində oxşar cəhətlər mövcuddur. Hər iki dildə prefiks və safikslərdən istifadə olunur. Lakin Azərbaycan dili ingilis dilindən fərqli olaraq aqqlütinativ dil sisteminə aid olduğu üçün bizim dilimizdə istifadə etdiyimiz şəkilçiləşmə ingilis dilindən fərqlənir. Belə ki, Azərbaycan dilinin öz milli bazasında prefikslər yoxdur. Mövcud olanlar isə digər dillərdən alınmadır. Eləcə də dilimizdə infikslərdən bir o qədər geniş istifadə olunmadığı üçün, bu növ şəkilçilər Azərbaycan dilçiliyində qeyri-məhsuldar söz yaratma vasitəsi olaraq qəbul edilir. İltisaqi dillərdə kök öz müstəqilliyini saxlayır, şəkilçi onun forma və ya məzmununu dəyişir. Azərbaycan dilində sıxlıqla istifadə olunan şəkilçilərə misal olaraq –lıq (daşlıq, donluq), -laq( otlaq,udlaq), -ça (kitabça, döşəkçə), -çı(əkinçi, yolçu), -cığaz (qızcığaz, quşcuğaz), -lı(sulu,dilli), -daş(vətəndaş), -iyyat(şirniyyat,ətriyyat), -keş(cəfakeş, zülmkeş), -stan (qəbirstan), -iyyə(nəzəriyyə), -vi(dairəvi),-izm(realizm),-ıq(qırıq,sökük),-caq(oyuncaq),-ım(sayım,yığım), və s. nümunə göstərə bilərik.
Məhsuldar söz yaratma üsullarından biri də konversiyadır (conversion). Konversiyanın mahiyyəti söz kökünə heç bir şəkilçi artırmadan , sözün bir nitq hissəsindən digərinə keçmə prosesidir. Məsələn, play (oyun)-to play(oynamaq), love (sevgi)- to love (sevmək), work (iş)- to work(işləmək) və s. Konversiya söz yaradıcılığı üsullarından biri kimi Azərbaycan dilçiliyində az tədqiq olunsa da, ingilis dilində konversiyaya geniş və əhəmiyyətli yer verilir. Konversiya ingilis dilində 15-ci əsrdən daha geniş istifadə olunmağa başlasa da 19-cu əsrdə dilçiliyə gətirilmiş və söz yaradıcılığında bir termin kimi istifadə olunmağa başlamışdır. N.N.Amasova ingilis dili söz yaradıcılığında konversiyanın fəaliyyəti ilə bağlı belə bir maraqlı fikir söyləyir: “Bir sözün həqiqi mənasında konversiyadan o vaxt danışa bilərik ki, felin infinitiv və ismin təkdə ümumi halda morfoloji eyniliyini görək” .
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.