İnformasiya. İnformasiya prosesləri. İnformasiyanın növləri, xassələri, təsnifatı
Abstract
İnformatika – hesablama texnikası vasitəsilə informasiyanın qəbulunu, saxlanmasını, ötürülməsini, avtomatlaşdırılmış məntiqi emalını öyrənən və bunların insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi ilə məşğul olan texniki elmdir. ABŞ, Kanada və əksər ingilis dilli ölkələrdə bu elm ComputerScience (hesablama texnikası haqqında elm) kimi də adlanır.
Artıq 20 ildən çoxdur ki, «İnformatika» bir elm sahəsi kimi formalaşmışdır. İnformatika fransız sözü “İnformatique”dan götürülmüşdür və iki sözün birləşməsindən yaranmışdır: İnformation (informasiya) və Automatique (avtomatika). Bu termin informasiyanın avtomatlaşdırılmış emalını əks etdirir.
«İnformatika», sadə şəkildə desək, informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və çatdırılması) texniki vasitələrlə avtomatlaşdırılmasından bəhs edən elmdir.
İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyələri, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyatlar sistemi, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.
İnformatikanın əsasını təşkil edən bu elm sahələrini çox vaxt:
- hardware (texniki),
- software (proqram),
- brainware (beyin) təminatları şəklində quruplaşdırırlar.
Published
How to Cite
Issue
Section
License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.