Harold Pinter pyeslərinin üslubi xüsusiyyətləri

Authors

  • Əliyeva Sevinc Akif qızı ADPU-nun Şəki filialı, baş müəllim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı

Abstract

Dünya ədəbiyyatında özünəməxsus yeri olan dramaturq Harold Pinterin ingilis dramaturgiyasını ənənəvilikdən uzaqlaşdıraraq hadisələri absurd kontekstdə təqdim etməsi onun yaradıcılığını səciyyələndirən cəhətlərindəndir. Belə ki, onun pyeslərinin kompozisiyası, əsərlərdə problemlərin təqdim edilmə forması və onların həll edilməsi yolları, obrazlar qalereyası və onların həyatına sənətkarın öz baxış tərzi yeni teatrın – absurd teatrın formalaşmasından xəbər verirdi.

XX əsrin ikinci yarısında dramaturgiya aləminə qədəm qoyan novator sənətkar teatrda əsrlər boyunca sabitləşmiş qayda-qanunların yaratdığı sədləri məharətlə aşaraq özünəxas bir yol seçməklə ədəbi ictimaiyyətin, geniş tamaşaçı və oxucu kütləsinin diqqətini cəlb etmişdir. Lakin onun dram əsərlərinin klassik və realist teatr ənənələrindən bəhrələnmədiyini də tam olaraq söyləmək olmaz. Belə ki, dramaturqun pyeslərində yaratdığı obrazları cəmiyyətin orta və ya aşağı təbəqəsindən seçməsini, hadisələrin konkret bir məkanda baş verməsini, obrazların dilinin sadəliyini realist əsərlərə xas olan xüsusiyyətlər kimi qəbul etmək olar.

Published

2024-11-04

How to Cite

Əliyeva Sevinc Akif qızı. (2024). Harold Pinter pyeslərinin üslubi xüsusiyyətləri. Modern Scientific Technology, (8). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/4500

Issue

Section

Philological Sciences