Fransız dili dərslərində dil bacarıqlarının inkişaf etdirilməsi yolları
Abstract
Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Buna görə də başqa fəaliyyətlərlə yanaşı, bir və ya iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalaşdırılması müasir məktəbin mühüm vəzifələrindən biridir. Hazırkı dövrdə qloballaşma prosesinin və inteqrasiya meyllərinin getdikcə sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş verən mühüm keyfiyyət dəyişiklikləri kommunikasiya vasitələrindən (yeni informasiya texnologiyalarından) istifadə etməklə şagirdlərin kommunikativ bacarıqlarının yüksək səviyyədə inkişafını tələb edir. Xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi aparmaq imkanı əldə edir. Xarici dil vasitəsilə müxtəlif xalqlarla ünsiyyət, yeni mədəniyyətlərlə tanışlıq şagirdin yüksək səviyyəli layiqli vətəndaş, yaradıcı və tənqidi düşünən şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır.
Müasir dərsin strukturu elədir ki, bu struktur elementlərinin nəzərə alınması təlim prosesində sonadək fəallığın təmin olunmasını, milli və bəşəri dəyərlərə sadiq şagird şəxsiyyətinin formalaşdırılmasını nəzəri baxımdan şərtləndirir. Dünya təcrübəsi göstərir kи, fəal təlim metodu dərsin keyfiyyətini artırmaqda güclü vasitədir. Bu metod şagirdlər üçün dərsi чox maraqlı və cəlbedici edir. Xarici dillərin tədrisi digәr humanitar fәnlәrin tədrisindәn özünün spesifikliyi ilә seçilir.
Published
How to Cite
Issue
Section
License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.