Azərbaycan musiqi incəsənətində romans janrının təşəkkülü

Authors

  • Tağıyeva Sevda Murtuz Azərbaycan Dövlət Pedaqoji Universiteti, müəllim, Azərbaycan

Keywords:

musiqi, inkişaf, estetika, tədris, ifaçılıq, romans

Abstract

Musiqi insan cəmiyyətinin ən gözəl hadisələrin dən biridir. Hər bir musiqiçinin musiqini sevməsi və dinləməyi bacarması onun yaradıcılıq yolunda olduqca vacib faktordur. Ümumiyyətlə, incəsənətin müxtəlif növlərini qavramaq bacarığı fərdin dünyagörüşündən, mədəni səviy yəsindən asılıdır. İncəsənət insanın şəxsiyyət kimi kamilləşməsində, onun mənəvi və daxili dünyasının zənginləşməsində mühüm rol oynayır. Musiqi ifaçılığı sənəti hər zaman diqqət mərkəzində duran və musiqi şünaslar tərəfindən araşdırılan mövzulardandır. Bu sənətə olan kütləvi ma raq, yüksək keyfiyyətli ifa eşitmək istəyi ifaçılıq sənətinə yanaşma tərzinin təhlil, metod və formalarının daha da təkmilləşdirilməsini tələb edir. İfacılıq, interpretasiya və müşayiət musiqi incəsənətinin aparıcı qolla rından biri olaraq hər bir musiqiçinin yaradıcılıq yolunda özünəməxsus önəmli mövqedə dayanmışdır. Məhz bu səbəbdəndir ki, musiqişünaslıqda ifaçılıq sahəsinə müstəqil bir tədqiqat obyekti kimi teztez müraciət olunur. Müasir dövrdə konsertmeyster ustalığı haqqında danışarkən, onun ikinci dərəcəli, yaxud köməkçi funksiya daşıdığını demək səhv olardı. Mü şayiət sənəti fortepiano yaradıcılığının geniş yayılmış hissəsi olaraq malik olduğu mühüm xüsusiyyətləri ilə solo çıxışlardan heç də az əhəmiyyət kəsb etmir. Tam əminliklə deyə bilərik ki, bu işdə illərin təcrübəsi böyük rol oy nayır. Belə ki, hər bir pianoçunun uzun illər ərzində əldə etdiyi solo və kon sertmeyster ifaçılığı təcrübəsi onun yaradıcılığında mühüm əhəmiyyətə ma likdir. Bunun nəticəsi olaraq elminəzəri təhlil bilavasitə təcrübənin üzərin də qurularsa, həmin tədqiqat işi elmin tələblərinə cavab vermiş olur.

Published

2025-02-17

How to Cite

Tağıyeva Sevda Murtuz. (2025). Azərbaycan musiqi incəsənətində romans janrının təşəkkülü. Modern Scientific Technology, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/5292