MƏKTƏBƏQƏDƏR TƏHSİL DÖVRÜNDƏ İNKLUZİVLİK: UŞAQLARIN SOSİALLAŞMA İMKANLARI

Authors

  • Şəkər Orucəliyeva Şahlar Azərbaycan Dövlət Pedaqoji Universitet,Məktəbəqədər təhsilin pedaqogikası kafedrası, Müəllimi

Keywords:

Məktəbəqədər təhsil, inkluzivlik, sosiallaşmaq, ünsiyyət

Abstract

          Məktəbəqədər təhsil dövrü uşaqların sosial bacarıqlarının inkişaf etdiyi, ünsiyyət vərdişlərinin formalaşdığı önəmli bir mərhələdir. Bu vaxtda inklüziv təhsil tətbiq edilərək, fərqli imkanlara malik uşaqların eyni sinifdə birlikdə öyrənməsi və inkişafı üçün əlverişli şərait yaradılır. İnklüziv yanaşma uşaqların sosiallaşma prosesində bərabər hüquqlarla iştirakını təmin edir və bunun nəticəsində onların arasında anlayış, əməkdaşlıq və qarşılıqlı hörmət kimi əsas dəyərlər inkişaf edir. Əlilliyi olan və xüsusi ehtiyacları olan uşaqların ümumi təhsil mühitinə daxil olması onların özünə inamını və sosial bacarıqlarını gücləndirir. Tipik inkişaf edən uşaqlar müxtəlifliyi qəbul etməyi və empatiya qurmağı öyrənirlər. Bu cür inklüziv mühit uşaqları gələcək təhsil mərhələlərinə daha yaxşı hazırlaşdırır və sosial adaptasiyasını asanlaşdırır. Məktəbəqədər yaşda inklüzivlik uşaqların sosiallaşma imkanlarını artıraraq, cəmiyyətə uyğunlaşmış fərdlərin formalaşmasına töhfə verir.

Published

2025-06-02

How to Cite

Şəkər Orucəliyeva Şahlar. (2025). MƏKTƏBƏQƏDƏR TƏHSİL DÖVRÜNDƏ İNKLUZİVLİK: UŞAQLARIN SOSİALLAŞMA İMKANLARI. Modern Scientific Technology, (10). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/6346

Issue

Section

Pedagogical Sciences