ALÇAQ MEXANİKİ TEZLİKLİ RƏQSLƏRİN ALINMASI ÜSULLARI
Keywords:
elektrik siqnalları, mexaniki rəqslər, vibrasiya qurğusu, elektromaqnit nüvəsi, səth effektiAbstract
Məqalədə elektrik siqnal gücləndiricilərinin və mexaniki rəqslərin öyrənilməsi sahəsindəki yanaşmalar müqayisə olunur. Ənənəvi üsulların sadəliyinə baxmayaraq, ölçmələrin dəqiqliyinin aşağı olduğu və məlumatların əl ilə toplanmasının əlavə vaxt və resurs tələb etdiyi vurğulanır. Müasir metodlar isə sensorlarla təchiz edilmiş avadanlıqlar vasitəsilə dəqiq və avtomatlaşdırılmış ölçmələrə imkan yaratsa da, bahalılığı və istifadəçinin prosesə nəzarət edə bilməməsi mənfi cəhətlər kimi qeyd olunur.
Mexaniki rəqslərin tezliyi və amplitudasının tənzimlənməsi, elektromaqnitlərin gərginliyi, cərəyanı, maqnit qüvvəsi və digər parametrlərin dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər. Vibrasiya qurğularında rezonansa uyğunlaşmaq üçün isə yayların xüsusiyyətləri, sistemin kütləsi və uzunluğu kimi parametrlər dəyişdirilə bilər. Məqalədə həmçinin elektromaqnit nüvəsinin xüsusi poladdan hazırlanmasının və bu zaman yaranan səth effekti fenomeninin nəzərə alınmasının mühüm olduğu göstərilir. Bu yanaşma, cihazın güc və tezlik diapazonunda sabit işləməsini təmin etmək üçün əlavə nəzəri təhlillərin və hesablamaların aparılmasını zəruri edir
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.