f-ELEMENTLƏRİNİN BENZOY TURŞUSU TÖRƏMƏLƏRİ İLƏ KOMPLEKS BİRLƏŞMƏLƏRİNİN QURULUŞ TƏDQİQİ

Authors

  • Aynur Teyyub Məmmədova Gəncə Dövlət Universiteti

Abstract

            Kimyəvi elementlərin müasir təsnifatında f-elementlər d- elementlərindən sonra ən mürəkkəb elektron quruluşuna malik olan elementlərdir. Dövri sistemdə lantanoidlər (La–Lu) və aktinoidlər (Ac–Lr) kimi iki əsas əlavə qrupa ayrılan f-elementlər, elektronların 4f və 5f orbitalarında yerləşməsi ilə səciyyələnir. Məhz bu orbitaların qeyri-tam dolu olması onların kimyəvi və fiziki xassələrində xüsusi fərqlərlə nəticələnir.

            f-elementlər kompleks əmələ gətirməyə çox meyllidir və onların kompleks kim-yası həm fundamental nəzəri kimyanın, həm də tətbiqi sənayenin mühüm istiqamət-lərindən birini təşkil edir. Lantanoid ionlarının unikal maqnit, spektral və luminisensiya xüsusiyyətləri onları optoelektronika, kvant materialları, kataliz və biotibb sahələrində geniş tətbiq olunan maddələrə çevirir. Aktinoid kompleksləri isə nüvə kimyası, radiofarmakonlar və tullantıların immobilizasiyası üçün strateji əhəmiyyət daşıyır.

Published

2025-12-29

How to Cite

Aynur Teyyub Məmmədova. (2025). f-ELEMENTLƏRİNİN BENZOY TURŞUSU TÖRƏMƏLƏRİ İLƏ KOMPLEKS BİRLƏŞMƏLƏRİNİN QURULUŞ TƏDQİQİ. Modern Scientific Technology, (12). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/7521

Issue

Section

Chemical Sciences