QARABAĞ ZƏFƏRİNİN İBRƏT DƏRSLƏRİ
Keywords:
qarabağ müharibəsi, tarixi zəfər, qələbə əzmi, döyüş rəşadəti, siyasi taktika, ordu və xalq birliyi, xalqın iradəsi və sAbstract
Qarabağ müharibəsi XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları, etnik separatizmi dəstəkləməsi və SSRİ-nin dağılması ilə yaranan siyasi boşluq nəticəsində baş vermişdir. Uzun illər boyunca Azərbaycan torpaqları işğal altında qaldı, bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrildi və regionda humanitar, siyasi və iqtisadi fəsadlar yarandı. 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi ədaləti bərpa etməsi və ərazi bütövlüyünü təmin etməsi ilə nəticələndi.
Zəfəri təmin edən amillər çoxşaxəli olub, hərbi, siyasi, iqtisadi və sosial faktorların vəhdətindən ibarət idi. Azərbaycan Ordusunun modernləşməsi, yüksək texnologiyaların – pilotsuz uçuş aparatlarının, dəqiq raket sistemlərinin və qabaqcıl kəşfiyyat vasitələrinin tətbiqi döyüş meydanında üstünlük yaratdı. Peşəkar zabit heyəti, xüsusi təyinatlıların hazırlığı və hərbi əməliyyatların çevik planlaşdırılması müharibənin strateji uğurunun əsas səbəblərindən oldu. Ordunun mənəvi gücü, xalqın vətənpərvərliyi və torpaqların azad edilməsi uğrunda mübarizə birliyi döyüş ruhunu möhkəmləndirdi.
Qələbənin arxasında güclü iqtisadi baza dayanırdı. İllərlə aparılan iqtisadi islahatlar və enerji gəlirlərinin düzgün idarə olunması sayəsində ölkə modern ordunun tələblərini tam şəkildə qarşılayacaq maliyyə imkanlarına malik oldu. Eyni zamanda balanslaşdırılmış xarici siyasət, beynəlxalq hüquqa əsaslanan mövqe və informasiya müharibəsində əldə edilən üstünlük Azərbaycanın diplomatik sahədə əlini gücləndirdi. Müharibə dövründə xalq–ordu–dövlət birliyinin möhkəmliyi isə cəbhə və arxa cəbhə sinerjisini təmin edən həlledici amil oldu
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.