Virtual Temperatur Ölçmə Modullarında Avtomatik Kalibrləmə və Xəta Minimallaşdırma Metodları
Keywords:
Temperatur sensorları, avtomatik kalibrləmə, xəta minimallaşdırma, Kalman filtri, sensor xətaları, ölçmə dəqiqliyi, referans temperaturAbstract
Virtual temperatur ölçmə modulları sənaye və elmi sahələrdə yüksək dəqiqlikli monitorinq üçün geniş tətbiq olunur. Bu modulların əsas üstünlüyü real sensor məlumatlarının rəqəmsal emalı, simulyasiya imkanları və uzaqdan idarəetmə funksiyalarıdır. Lakin ölçmə prosesində sensor xətaları və səs-küy təsirləri nəticələrin dəqiqliyinə mənfi təsir göstərə bilir. Temperatur sensorlarında yaranan xətalar adətən cihazın konstruksiyası, çevrilmə elektronikasındakı qeyri-sabitlik və rəqəmsal emal mərhələsindəki sapmalarla əlaqədardır. Virtual mühitdə bu xətaların aşkarlanması və analizi daha geniş şəkildə həyata keçirilə bilər, çünki həm real, həm də referens temperatur göstəricilərini müqayisə etmək mümkündür. Avtomatik kalibrləmə metodları virtual temperatur ölçmə modullarının dəqiqliyini artırmaq üçün əsas mexanizmlərdən biridir. Bu metodlar sistemə ölçmə xətalarını real vaxtda müəyyənləşdirib kompensasiya etməyə imkan verir və əlavə istifadəçi müdaxiləsinə ehtiyac qalmır. Xəta minimallaşdırma prosesi zamanı rəqəmsal filtrasiya alqoritmləri (Moving Average, Kalman Filter və s.) mühüm rol oynayır. Bu alqoritmlər təsadüfi səs-küyü azaldaraq ölçmə siqnalının stabilliyini yüksəldir və modulun real vaxt performansını yaxşılaşdırır. Nəticə olaraq, avtomatik kalibrləmə və xəta minimallaşdırma metodlarının birgə tətbiqi virtual temperatur ölçmə modullarının dəqiqliyini əhəmiyyətli dərəcədə artırır. Hazırlanan nəzarət sistemi ölçmə prosesini daha etibarlı edir və gələcəkdə digər virtual ölçmə cihazlarına da rahatlıqla inteqrasiya oluna bilər.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.