AZƏRBAYCAN MALİYYƏ SİSTEMİNDƏ YAŞIL TRANSFORMASİYA: BANK SEKTORUNDA ESG STANDARTLARI VƏ YAŞIL MALİYYƏ ALƏTLƏRİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ
Keywords:
yaşıl transformasiya, ESG standartları, bank sektoru, yaşıl maliyyə, dayanıqlı inkişaf, maliyyə sistemi, yaşıl kreditlər, yaşıl istiqrazlarAbstract
Məqalədə Azərbaycan maliyyə sistemində yaşıl transformasiyanın əsas istiqamətləri, bank sektorunda ESG standartlarının tətbiqi imkanları və yaşıl maliyyə alətlərinin inkişaf perspektivləri təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi maliyyə sistemində dayanıqlı inkişaf prinsiplərinin tətbiqinin zəruriliyini əsaslandırmaq, bu prosesin bank sektoru üçün yaratdığı imkan və çağırışları qiymətləndirməkdən ibarətdir. Məqalədə göstərilir ki, qlobal iqlim dəyişiklikləri, ekoloji risklərin artması və beynəlxalq maliyyə bazarlarında dayanıqlı maliyyəyə marağın güclənməsi bank sektorunun fəaliyyətinə yeni yanaşmaların tətbiqini tələb edir. Bu baxımdan ESG standartları bankların kredit siyasəti, risk idarəetməsi, korporativ idarəetmə və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsində mühüm rol oynayır. Azərbaycan bank sektorunda ESG prinsiplərinin tətbiqi maliyyə sabitliyinin gücləndirilməsi, uzunmüddətli risklərin azaldılması, yeni maliyyə məhsullarının formalaşdırılması və beynəlxalq maliyyə bazarlarına inteqrasiyanın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, yaşıl kreditlər, yaşıl istiqrazlar və digər dayanıqlı maliyyə alətləri iqtisadiyyatın ekoloji baxımdan daha səmərəli sahələrinə kapital axınının yönəldilməsi üçün əhəmiyyətli vasitə kimi qiymətləndirilmişdir. Məqalədə yaşıl transformasiyanın üstünlükləri ilə yanaşı, onunla bağlı risklər, o cümlədən institusional çatışmazlıqlar, normativ-hüquqi bazanın qeyri-kafi inkişafı, məlumat məhdudluğu və peşəkar kadr ehtiyacı da nəzərdən keçirilmişdir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.