CİHAZQAYIRMA MÜƏSSİSƏLƏRİNDƏ MALİYYƏ GÖSTƏRİCİLƏRİNİN HESABLANMASI ÜZRƏ MÜASİR İNFORMASİYA SİSTEMLƏRİ

Authors

  • Həbibli Həbib Vidadi Azərbaycan Dövlət İqtisad Universiteti, ORCID NO: 0009-0005-5464-3516

Keywords:

informasiya sistemləri, rəqəmsallaşma, idarəetmə səmərəliliyi, maliyyə göstəriciləri

Abstract

Cihazqayırma müəssisələrində maliyyə göstəricilərinin hesablanması istehsal proseslərinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və idarəetmə qərarlarının əsaslandırılması baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır. Müasir şəraitdə rəqəmsal transformasiya bu sahədə ənənəvi uçot və hesablama yanaşmalarını əvəz edərək, informasiya sistemləri əsasında inteqrasiya olunmuş maliyyə idarəetmə mühitinin formalaşmasına şərait yaradır. ERP, BI və bulud texnologiyalarına əsaslanan sistemlər müəssisənin maliyyə axınlarının mərkəzləşdirilmiş idarə olunmasını təmin edir və analitik imkanları genişləndirir.
Tədqiqatın məqsədi cihazqayırma müəssisələrində maliyyə göstəricilərinin hesablanmasında müasir informasiya sistemlərinin tətbiqinin nəzəri və praktiki əsaslarını araşdırmaq, həmçinin bu sistemlərin idarəetmə səmərəliliyinə təsirini qiymətləndirməkdən ibarətdir.
Tədqiqat zamanı sistemli yanaşma, müqayisəli təhlil kimi metodlardan istifadə edilmişdir. Bundan əlavə, müasir ERP və BI platformalarının funksional arxitekturası öyrənilmiş, onların tətbiqi təhlil olunmuşdur.

Published

2026-04-20

How to Cite

Həbibli Həbib Vidadi. (2026). CİHAZQAYIRMA MÜƏSSİSƏLƏRİNDƏ MALİYYƏ GÖSTƏRİCİLƏRİNİN HESABLANMASI ÜZRƏ MÜASİR İNFORMASİYA SİSTEMLƏRİ. Modern Scientific Technology, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/8372

Issue

Section

Economic sciences