İQTİSADİYYATIN İNKİŞAFINDA İNFORMASİYA SİSTEMLƏRİNİN TƏTBİQİ
Keywords:
iqtisadi inkişaf, iqtisadi fəaliyyət, informasiya sistemləri, idarəetmə sistemləriAbstract
İnformasiya sistemlərinin tətbiqi iqtisadi fəaliyyətin müxtəlif sahələrində mühüm struktur və funksional dəyişikliklərə səbəb olmuşdur. Müəssisələrdə planlaşdırma və nəzarət mexanizmləri təkmilləşir, qərar qəbuletmə prosesi daha əsaslandırılmış olur və resurslardan istifadə optimallaşdırılır. Bununla yanaşı, əməliyyat xərclərinin azalması və məhsuldarlığın artması da informasiya sistemlərinin tətbiqinin mühüm nəticələrindən biri kimi çıxış edir.
Məqalədə iqtisadiyyatın inkişafında informasiya sistemlərinin tətbiqi məsələləri kompleks şəkildə araşdırılır. Tədqiqatın əsas məqsədi informasiya sistemlərinin müasir iqtisadi proseslərdə rolunu müəyyən etmək, onların idarəetmə mexanizmlərinə, qərar qəbuletmə proseslərinə və ümumi iqtisadi səmərəliliyə təsirini elmi cəhətdən təhlil etməkdir. Rəqəmsal transformasiya şəraitində informasiya sistemlərinin həm mikro, həm də makroiqtisadi səviyyədə yaratdığı dəyişikliklər və inkişaf tendensiyaları nəzərdən keçirilir.
Nəticə olaraq, aparılan təhlillər göstərir ki, informasiya sistemlərinin tətbiqi iqtisadi inkişafın əsas hərəkətverici amillərindən biri kimi çıxış edir. Onların genişləndirilməsi və təkmilləşdirilməsi iqtisadi səmərəliliyin artırılması, innovativ inkişafın stimullaşdırılması və davamlı iqtisadi artımın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.