STRATEJİ İDARƏETMƏ SÜNİ İNTELLEKT TEXNOLOGİYALARININ TƏTBİQİ

Authors

  • Əfəndiyeva Günəş Mahir Azərbaycan Dövlət İqtisad Universiteti, ORCID NO: 0009-0001-1792-2314

Keywords:

süni intellekt, strateji idarəetmə, rəqəmsallaşma, böyük verilənlər, rəqəmsal transformasiya

Abstract

Müasir rəqəmsal iqtisadiyyat şəraitində süni intellekt texnologiyalarının strateji idarəetməyə inteqrasiyası müəssisələrin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır. Bu baxımdan tədqiqatın məqsədi süni intellekt texnologiyalarının strateji idarəetmə proseslərinə təsirini araşdırmaq, onların qərarvermə mexanizmlərində, resursların idarə olunmasında və təşkilati səmərəliliyin artırılmasında rolunu qiymətləndirməkdir.

Süni intellekt qərarvermə proseslərini daha məlumat əsaslı və çevik hala gətirərək idarəetmənin effektivliyini artırır və təşkilatların dəyişən bazar şərtlərinə uyğunlaşmasını sürətləndirir. Sənaye 4.0 çərçivəsində IoT, böyük verilənlər, bulud texnologiyaları, kiber-fiziki sistemlər və avtomatlaşdırma kimi texnologiyalar süni intellektlə birlikdə strateji idarəetmənin əsas alətlərinə çevrilmişdir. Dünya miqyasında bir çox ölkələr süni intellektin inkişafını prioritet istiqamət kimi qəbul edərək milli strategiyalar hazırlamışlar. Bu strategiyalar elmi tədqiqatların genişləndirilməsi, rəqəmsal infrastrukturun gücləndirilməsi və insan kapitalının inkişaf etdirilməsini əhatə edir. Nəticə etibarilə, süni intellekt texnologiyalarının strateji idarəetmədə tətbiqi müəssisələrə daha dayanıqlı inkişaf, yüksək məhsuldarlıq və güclü rəqabət üstünlüyü qazandırır.

Published

2026-04-20

How to Cite

Əfəndiyeva Günəş Mahir. (2026). STRATEJİ İDARƏETMƏ SÜNİ İNTELLEKT TEXNOLOGİYALARININ TƏTBİQİ. Modern Scientific Technology, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/8376

Issue

Section

Economic sciences