FARMASEVTİK ANALİZDƏ İŞÇİ STANDART NÜMÜNƏLƏRİN HAZIRLANMASI VƏ METROLOJİ XARAKTERİSTİKALARININ TƏDQİQİ
Keywords:
Farmasevtik metrologiya, HPLC, işçi standart, azot mühiti, deqradasiya kinetikası, ADNSU, analitik dürüstlükAbstract
Tədqiqat işində laboratoriya daxilində baş verən analizlərin kəsintisiz olmasını təmin etmək və beynəlxalq birincili standartlardan asılı qalmağı azaltmağı məqsəd tutaraq farmasevtik işçi standart nümunələrinin (Working Standards) hazırlanması metodikası və metroloji xarakteristik özəllikləri araşdırılıb. Model maddələr olaraq Parasetamol (C8H9NO2) və Asetilsalisil turşusu (C9H8NO4) seçilmiş, onların daxili laboratoriya şəraitində stabilliyini artırmaq məqsədi ilə innovativ azot (N2) yastığı texnologiyası tətbiq edilib. HPLC və UV-Vis spektrofotometriya metodları ilə aparılan sınaqlar nəticəsində kalibrləmə qrafiklərinin yüksək xəttiliyi (R2 > 0.999) və metodun yüksək dürüstlüyü (RSD < 0.72%) müəyyən edilib. Sürətləndirilmiş stabillik sınaqları göstərir ki, inert azot mühiti deqradasiya prosesini adi hava mühiti ilə müqayisədə 15 dəfədən çox ləngidir. Bu metodika, Azərbaycanın əczaçılıq sənayesində iqtisadi səmərəliliyi artırmaq və analitik ölçmələrin vəhdətini təmin etmək üçün əlverişli model təklif edir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.