XİDMƏT SEKTORUNDA İNSAN KAPİTALININ İDARƏ EDİLMƏSİ: NƏZƏRİ ƏSASLAR VƏ AZƏRBAYCAN TƏCRÜBƏSİNDƏ MÖVCUD PROBLEMLƏRİN TƏHLİLİ

Authors

  • Fəxri Rəhimli Ağalar oğlu Magistrant, Bakı Mühəndislik Universiteti ( BMU)

Keywords:

İnsan kapitalı, xidmət sektoru, kadr idarəetməsi, insan resurslarının idarə olunması (HRM), motivasiya sistemi

Abstract

Bu məqalədə xidmət sektorunda insan kapitalının idarə edilməsinin nəzəri əsasları və Azərbaycan təcrübəsində mövcud problemlər kompleks şəkildə təhlil olunur. Tədqiqatın əsas məqsədi insan kapitalı anlayışının iqtisadi mahiyyətini açıqlamaq, xidmət sektorunun spesifik xüsusiyyətlərini nəzərə alaraq kadr idarəetməsinin konseptual yanaşmalarını müəyyən etmək və mövcud problemləri sistemli şəkildə araşdırmaqdır. İşdə insan kapitalının formalaşması, inkişafı və səmərəli istifadəsi ilə bağlı müasir nəzəri yanaşmalar, o cümlədən bilik, bacarıq və kompetensiyaların iqtisadi dəyərə çevrilməsi mexanizmləri təhlil edilmişdir.

Tədqiqat nəticələri göstərir ki, xidmət sektorunda insan kapitalının idarə edilməsi digər sahələrlə müqayisədə daha çox insan amilinə bağlıdır və bu sahədə kadrların peşəkarlıq səviyyəsi, motivasiya sistemi və idarəetmə yanaşmaları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan təcrübəsinin təhlili zamanı kadrların ixtisas səviyyəsinin qeyri-bərabərliyi, təlim və inkişaf imkanlarının məhdudluğu, motivasiya və qiymətləndirmə sistemlərinin yetərincə effektiv olmaması kimi problemlər müəyyən edilmişdir. Eyni zamanda rəqəmsallaşma və qlobal rəqabət şəraitində insan kapitalının idarə edilməsində yeni çağırışların meydana çıxdığı qeyd olunur.

            Məqalədə qeyd olunan problemlərin aradan qaldırılması üçün insan kapitalının inkişafına yönəlmiş strateji yanaşmaların tətbiqi, müasir idarəetmə texnologiyalarının istifadəsi, davamlı təhsil və peşəkar inkişaf proqramlarının genişləndirilməsi kimi təkliflər irəli sürülmüşdür. Əldə olunan nəticələr xidmət sektorunda insan kapitalının idarə edilməsinin təkmilləşdirilməsi və iqtisadi səmərəliliyin artırılması baxımından praktiki əhəmiyyət kəsb edir

Published

2026-04-20

How to Cite

Fəxri Rəhimli Ağalar oğlu. (2026). XİDMƏT SEKTORUNDA İNSAN KAPİTALININ İDARƏ EDİLMƏSİ: NƏZƏRİ ƏSASLAR VƏ AZƏRBAYCAN TƏCRÜBƏSİNDƏ MÖVCUD PROBLEMLƏRİN TƏHLİLİ. Modern Scientific Technology, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/MSC/article/view/8392

Issue

Section

Economic sciences