İDARƏETMƏ QƏRARLARININ HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ SİSTEMİNİN MODERNLƏŞDİRİLMƏSİ EHTİYACI
Keywords:
ənənəvi idarəetmə, qloballaşma, rəqəmsal transformasiya, rəqabətlilikAbstract
Müasir dövrdə idarəetmə qərarlarının hazırlanması və qəbul edilməsi sistemlərinin modernləşdirilməsi təşkilatların rəqabət mühitində dayanıqlığını təmin edən əsas amillərdən biridir. İnformasiya axınının sürətlə artması, qeyri-müəyyənlik səviyyəsinin yüksəlməsi və bazar dəyişkənliyi ənənəvi qərarvermə mexanizmlərinin effektivliyini azaldır. Bu şəraitdə qərar qəbuletmə prosesinin məlumat yönümlü, analitik və sistemli yanaşmalar əsasında qurulması zəruri olur. Qloballaşma, rəqəmsal transformasiya və informasiya texnologiyalarının sürətli inkişafı müəssisələri daha çevik və əsaslandırılmış qərarvermə mexanizmləri qurmağa vadar edir. Belə ki, ənənəvi idarəetmə yanaşmaları artıq dinamik bazar şərtlərinə tam cavab vermədiyindən, bu sistemlərin yenilənməsi zərurətə çevrilmişdir. Modernləşdirmə çərçivəsində qərar dəstəkləyici sistemlərin, biznes intellekti platformalarının və süni intellekt əsaslı alqoritmlərin tətbiqi xüsusi vurğulanmalıdır. Böyük verilənlərin analizi və proqnozlaşdırıcı modellər vasitəsilə alternativ qərar variantları qiymətləndirilir, risklər ölçülür və optimal seçimlər müəyyən edilir.
Bu baxımdan tədqiqatın məqsədi idarəetmə qərarlarının hazırlanması və qəbul edilməsi prosesinin effektivliyini artıran müasir metod və alətləri müəyyənləşdirməkdir. Tədqiqatın obyekti idarəetmə sistemləri, predmeti isə qərarverməyə təsir edən amillər, metodlar və yanaşmalardır. Tədqiqatın nəticələri göstərir ki, böyük verilənlər analizi, süni intellekt və avtomatlaşdırılmış qərar dəstək sistemlərinin tətbiqi qərarların dəqiqliyini və operativliyini əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı, təşkilati mədəniyyət, liderlik keyfiyyətləri və informasiya şəffaflığı da qərarvermə prosesinə birbaşa təsir göstərir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.