MÜƏSSİSƏ OBYEKTLƏRİNİN İDARƏ EDİLMƏSİNDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ ROLU VƏ ƏHƏMİYYƏTİ
Keywords:
informasiya texnologiyaları, müəssisə idarəetməsi, rəqəmsal transformasiya, qərar qəbuletməAbstract
Məqalədə müəssisə obyektlərinin idarə edilməsində informasiya texnologiyalarının rolu və əhəmiyyəti müasir iqtisadi-nəzəri yanaşmalar kontekstində kompleks şəkildə tədqiq edilmişdir. Tədqiqatın aktuallığı qlobal iqtisadi sistemdə rəqəmsallaşma meyillərinin güclənməsi və müəssisə idarəetməsində informasiya texnologiyalarının strateji rolunun artması ilə şərtlənir. Tədqiqatın əsas məqsədi rəqəmsal transformasiya şəraitində informasiya-kommunikasiya texnologiyalarının idarəetmə sistemlərinin strukturuna, funksional xüsusiyyətlərinə və qərar qəbuletmə mexanizmlərinə təsirini sistemli şəkildə təhlil etməkdən ibarətdir.
Aparılmış tədqiqatın nəticələri göstərir ki, informasiya texnologiyalarının müəssisə idarəetməsinə inteqrasiyası idarəetmə sistemlərinin rəqəmsallaşdırılmasını təmin etməklə yanaşı, informasiya axınlarının optimallaşdırılmasına, funksional sahələr arasında koordinasiyanın gücləndirilməsinə və qərar qəbuletmə proseslərinin operativliyinin artırılmasına səbəb olur. Bununla yanaşı, tədqiqat çərçivəsində müəyyən edilmişdir ki, informasiya texnologiyalarının tətbiqi bir sıra sistem xarakterli məhdudiyyətlərlə müşayiət olunur. Bunlara texnoloji infrastrukturun heterogenliyi, yüksək kapital tutumluluğu, informasiya sistemlərinin interoperabelliyinin aşağı səviyyəsi və kibertəhlükəsizlik risklərinin artması daxildir. Qeyd olunan problemlər xüsusilə kiçik və orta sahibkarlıq subyektlərində daha qabarıq şəkildə təzahür edir.
Nəticə etibarilə, informasiya texnologiyalarının effektiv inteqrasiyası müəssisələrin dayanıqlı inkişafının təmin olunmasının və rəqabət qabiliyyətinin artırılmasının əsas determinantlarından biri kimi çıxış edir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.