DAŞINMAZ ƏMLAKIN KÜTLƏVİ QİYMƏTLƏNDİRİLMƏSİNİN METOD VƏ ALQORİTMLƏRİ
Keywords:
daşınmaz əmlak, kütləvi qiymətləndirmə, hedonik reqressiya, Random Forest, Gradient Boosting, maşın öyrənməsi, MATLABAbstract
Məqalədə daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi prosesinin nəzəri və metodoloji əsasları araşdırılır, mənzillərin bazar dəyərinin müəyyən edilməsində müasir riyazi modellərin və maşın öyrənməsi alqoritmlərinin tətbiqi imkanları təhlil olunur. Tədqiqat çərçivəsində hedonik reqressiya, Random Forest və Gradient Boosting metodlarının qiymətləndirmə prosesində istifadə xüsusiyyətləri nəzərdən keçirilir. Bu məqsədlə Bakı şəhərində yerləşən mənzillərin əsas xarakteristikalarını əhatə edən 500 müşahidədən ibarət sintetik məlumat bazası formalaşdırılır. Məlumatların emalı, modellərin qurulması və nəticələrin müqayisəli təhlili MATLAB R2023b proqram mühitində həyata keçirilmişdir.Modellərin proqnozlaşdırma keyfiyyətinin qiymətləndirilməsində orta mütləq xəta (MAE), orta kvadratik xəta (RMSE) və determinasiya əmsalı (R²) göstəricilərindən istifadə edilir. Tədqiqatın məqsədi daşınmaz əmlakın kütləvi qiymətləndirilməsində müxtəlif alqoritmlərin tətbiq imkanlarını müəyyənləşdirmək və onların nəticələrinin müqayisəli qiymətləndirilməsidir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.