ANTROPOSEN DÖVRÜ: İNSAN ƏLİ İLƏ YARADILAN RELYEF FORMALARI VƏ ANTROPOGEN GEOMORFOLOGİYA
Keywords:
Antroposen, Yeni Coğrafiya, Antropogen Geomorfologiya, Süni Adalar, Polderlər, Texnogen RelyefAbstract
Bu məqalədə insanın yer kürəsinin geoloji və geomorfoloji proseslərinə göstərdiyi qlobal təsirlər Antroposen paradiqması kontekstində təhlil edilir. Klassik coğrafiyada relyefəmələgəlmə prosesləri yalnız təbii endogen və ekzogen qüvvələrin fəaliyyəti kimi öyrənilsə də, müasir dövrdə insan fəaliyyəti texnogen relyefin formalaşmasında aparıcı amilə çevrilmişdir. Tədqiqat çərçivəsində Dubaydakı Palma adaları kimi süni strukturlaşdırılmış sahil relyef formaları, Niderlandın polder sistemləri və dəniz səviyyəsindən aşağı salınan bəndləri, nəhəng karyerlər və dağ-mədən fəaliyyətinin yaratdığı antropogen depressiyalar, həmçinin okeanlarda plastik tullantıların akkumulyasiyası nəticəsində yaranan "yeni qitələr" (məsələn, Böyük Sakit Okean Zibil burulğanı) kompleks şəkildə araşdırılır. İnsanın geomorfoloji bir qüvvə kimi təbii relyef dinamikasını üstələməsi və "Yeni Coğrafiya" anlayışının formalaşması məqalənin əsas elmi istiqamətini təşkil edir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.