SİNİFDƏNXARİC TƏDBİRLƏR ZAMANI TƏLƏBƏLƏRİN AZƏRBAYCAN FLORASINA AİD MATERİALLARLA TANIŞ EDİLMƏSİ

Authors

  • OYU dos.Kərimova T.H.
  • OYU dos.Məhərrəmova S.T.
  • OYU Qılıcova T.N.
  • OYU Məcidova L.Z.

Keywords:

biologiya, bitki, anatomik-fizioloji, didaktik materiallar

Abstract

Ali məktəblərdə fənlərin tədrisində tələbələrə florastik biliklər, xüsusilə Azərbaycanın zəngin florasına, endemik bitkilərinə dair zəruri məlumatların verilməsi mümkündür. Ali təhsil məktəb fənlərinin, xüsusən Azərbaycan florası  fənninin məzmununda bu sahədə geniş imkan vardır. Biologiya ixtisasının II,III, İV kursunda  tədrisində əsasən tələbələrə bitkilərin morfologiyası, anatomiyası, fiziologiyası, çoxalması, yayılması, artırılması, ekologiyası kimi məsələlər öyrədilir. Tələbələrə yaşadıqları ərazinin bitkilərinə dair geniş məlumat verilməsi imkanı yaranır. Lakin onların yerli bitki nümunələri ilə yaxından tanış edilməsinə təkcə dərs saatları kifayət etmir. Sinifdənxaric tədbirlərin ekskursiya, dərnək məşğələləri, tematik axşamlar, müzakirə və disputlar, elmi və praktik konfranslar, sərgilər, baxış-müsabiqələri kimi formalarından faydalanmaq lazım gəlir. Ekskursiya zamanı təhsil alanlar  başa düşürlər ki, insanın şüurluluq və mədəni səviyyəsi onun doğma vətəninə, ətraf mühitə münasibəti ilə sıx bağlıdır. Meşəni yandırmaq, ağacları məhv etmək, suyu, havanı zibilləmək, heyvanları incitmək, təbiət abidələrini korlamaq yolverilməzdir. Ekskursiya mövzularından asılı olaraq Azərbaycan florası materialları tələbələrə çatdırılır. O, proqram materialları ilə sıx əlaqədə olmaqla bitkilərlə bağlı digər materialların da öyrənilməsinə şərait yaradır. Material öyrənilməzdən qabaq ekskursiyalar təşkil olunduqda bitki nümunəsi bilavasitə ekskursiyada öyrədilir və tədqiqat xarakteri daşıyır. Əvvəlcədən öyrənilmiş material üzrə keçirilmiş ekskursiyalarda isə bitki nümunələrinə dair biliklər sistemə salınır və müvafiq nəticələr çıxarılır. Azərbaycan florası bitkilərinə dair material verilir və sonra o, təbii halda tələbələr tərəfindən müşahidə olunur. Bu ekskursiyalar illüstrativ xarakter daşıyır. Burada çıxarılmış nəticə və xülasələrin düzgünlüyü təsdiq edilir. Yerli bitki növlərini öyrənmək məqsədilə təbiətə ekskursiyalar tələbələrdə maraq doğurur. Belə ekskursiyalar metodik tələblərə uyğun şəkildə təşkil edilir və həyata keçirilir

Published

2022-10-29

How to Cite

OYU dos.Kərimova T.H., OYU dos.Məhərrəmova S.T., OYU Qılıcova T.N., & OYU Məcidova L.Z. (2022). SİNİFDƏNXARİC TƏDBİRLƏR ZAMANI TƏLƏBƏLƏRİN AZƏRBAYCAN FLORASINA AİD MATERİALLARLA TANIŞ EDİLMƏSİ. Modern Scientific Method, (1). Retrieved from https://ojs.publisher.agency/index.php/MSM/article/view/152

Issue

Section

Biological Sciences