YABANI TƏKDƏNLI BUĞDA (T. boeoticum Boiss). NÖVÜNÜN SELEKSİYA ƏHƏMİYYƏTİ

Authors

  • Rzayev Nizami Rza oğlu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Radiobiologiya şöbəsi, biologiya üzrə fəlsəfə doktoru, dosent

Keywords:

T. boeoticum Boiss, T urartu, hibridlər, qliadin, elektroforez, genofond

Abstract

Azərbaycan və xüsusilə də Naxçıvan ərazisi endem bitkilərin zənginliyinə görə fərqlənir. Aparılan tədqiqatlar sübut edir ki, Naxçıvan buğdanın əmələ gəldiyi qədim bölgələrdən biridir. Burada buğdanın əmələ gəlməsi digər bölgələrədn fərqlidir. Yabanı ayrıq, çovdarların, arpaların və digər taxılların elektrofoprez analizləri Naxçıvanda endem taxılların yayıldığını sübut edir. N.İ.Vavilov qeyd etmişdir ki, Naxçıvan ərazisində növəmələgəlmə prosesi indi də davam edir [8]. Lakin, bu ərazidə yayılmış taxıl bitkilərinin biokimyəvi tərkibi öyrənilməmiş, formaəmələgəlmə prosesi tədqiq edilməmişdir. İlk dəfə Naxçıvanın dağlıq ərazilərində yabanı taxıl növlərinin olmasını Naxçıvanın ziyalıları tərəfindən botanik Kuleşova məlumat verilmiş və 1922-ci ildə Naxçıvanın Şərur ərazisinə ekspedisiyanın nəticəsi haqqında məruzə etmişdir. N.İ.Vavilov bu məlumatı M.M.Yakubtsinerə vermiş, o isə 1928-ci ildə Asnı –Buzqov kəndləri arasındakı ərazilərdə yabanı buğda növlərinin yayıldığını müəyyən etmişdir. Yabanı təkdənli buğdanın T. boeoticum Boiss növü ilk dəfə Naxçıvan MR-də M.M. Yakubtsinеr tərəfindən 1928-30-cu illərdə aşkar еdilmişdir. M.M. Yakubtsinеr bu buğdanın bir fоrması оlduğunu və Asnabirt kəndi ətrafı dağlarda ikidənli buğdalarla bir fitоsеnоzda yayıldığını qеyd еdir.1932-ci ildə N.İ. Vavilov Dağstandan Aərbaycana  və Qafan, Sisian, Şorbulaq  və Asnabirtə gələrək bu buğdaların yayıldığı təbii fitosenozu tədqiq etmiş və bu ərazini buğdanın ilk əmələgəlmə mərkəzi kimi xarakterizə etmişdir. Bu buğdalara görə, bu ərazilərin qorunması üçün qəzetə müsahibə vermişdir

Published

2022-10-29

How to Cite

Rzayev Nizami Rza oğlu. (2022). YABANI TƏKDƏNLI BUĞDA (T. boeoticum Boiss). NÖVÜNÜN SELEKSİYA ƏHƏMİYYƏTİ. Modern Scientific Method, (1). Retrieved from https://ojs.publisher.agency/index.php/MSM/article/view/164

Issue

Section

Biological Sciences