MÜASİR DÖVRDƏ MÜSTƏQİL TÜRK RESPUBLİKALARINDA DİL SİYASƏTİ
Keywords:
Müstəqil Türk respublikaları, müasir dövr, dil siyasəti, türk xalqları, milli dil, sosioloji amilAbstract
SSRİ-nin dağılmasından sonra qurulan müstəqil ölkələrin oxşar ortaq xüsusiyyətlərindən biri də təxminən 70 il davam edən rus mədəniyyəti və kommunist fəlsəfəsinin tamamilə mənimsənilməməsi idi. Bu səbəbdən müstəqillik əldə edən kimi bazar iqtidasiyyatına keçdilər və öz mədəni dəyərləri çərçivəsində milli dövlətlərini yenidən qurmağa başladılar.
Yeni respublikaların bəzilərində dil siyasəti əsasən millətçilik konsepsiyasına əsaslanırdı (Azərbaycan, Türkmənistan). Bunun əsas səbəbi isə istər çarizm, istərsə də SSRİ dövründə həyata keçirilən millətlər siyasətinin mərkəzində yerli dillərin (ana dillərin) dayanması idi. Milli dillər məsələsi sovet dil siyasətinin “əsas vasitəsi” idi.
70 illlik Sövet dövründə aparılan siyasətdə dil məsələsi elə həssas nöqtəyə çevrilmişdi ki, hələ İttifaq dağılmamışdan əvvəl bir neçə respublikalarda 1989-1990-ci illər arasında ard-arda dil haqqında qanunlar qəbul edildi. Estoniyada (18 yanvar 1989), Azərbaycan (23 sentyabr 1989), Özbəkistan (21 oktyabr 1989) milli dillərini dövlət dili elan edan qərarlar çıxardılar. Milli dillərlə bağlı qanunların qəbul olunması bəzi ölkələrdə azsaylı xalqların narahatlığına səbəb olmuş, Gürcüstanda abxazlar, Latviyada rus və polyaklar, Moldovada qaqauzlar etiraz mitinqləri keçirmiş və bu etirazlar vəziyyəti daha da gərginləşdirmişdi.