DRAMATİK ƏSƏRLƏRİN TƏHLİLİNDƏ BƏDİİ SƏNƏTKARLIQ MƏSƏLƏLƏRİNİN ÖYRƏDİLMƏSİ

Authors

  • Quliyeva Şəhanə Vidadi qızı Azərbaycan Dövlət Pedaqoji Universiteti, Magistratura və doktorantura şöbəsi, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistr

Abstract

Ayrı-ayrı janrlara daxil olan əsərlərin dərindən öyrədilməsi üçün həyat hadisələrinə yazıçının yanaşma üsulunu  − bədii yaradıcılıq metodunu bilməyin böyük əhəmiyyəti var. Hər bir bədii əsər öyrədilərkən onu yazan sənətkarın  yaradıcılıq metodu haqqında məlumat verilir.  Şagirdlər bilirlər ki, Nizami, Füzuli, Cavid  romantik, Vaqif, Axundzadə realist, Bakıxanov, Vazeh  maarifçi-realist, Mirzə Cəlil, Sabir tənqidi realizmin nümayəndələridir.

Dramatik əsərlərin təhlili zamanı sənətkarlıq məsələləri içərisində kompozisiyanın öyrənilməsini nəzərdən keçirək. Konkret olaraq fikirlərimizi S.Vurğunun “Vaqif” dramı üzərində şərh edək.

XX əsr Azərbaycan ədəbiyyatının ölməz sənətkarlarından olan S.Vurğunun “Vaqif” dramı yüksək və ölməz sənət əsəridir. Azərbaycan dramaturgiyasında bu əsər qədər şöhrət qazanan, sevilən ikinci əsər təsəvvür etmək çətindir. Bu, bir tərəfdən pyesdəki obrazların canlılığı, bitkinliyi, əsərin dilinin  sadəliyi,  ahəng­darlığı ilə əlaqədardırsa, digər tərəfdən hadisələrin təbii inkişafı, vahid süjet ətrafında birləşdirilməsi və kompozisiya cəhətdən bağlılığındadır. “Vaqif” dramı strukturu və məzmununa görə o qədər bitkin əsərdir ki, heç bir komponentin yerini dəyişmək olmur, bir hadisə digərinin nəticəsi kimi meydana çıxır. 

Əsərin təhlili zamanı müəllim ilk  növbədə şagirdlərin köməyi ilə əsərin süjet xəttini və yardımçı xətləri müəyyənləşdirməlidir.  Əsas hadisələr XVIII əsr şairi Vaqiflə bağlıdır  və onun ətrafında cərəyan edir. S.Vurğun Vaqifi hadisələrin mərkəzinə qoyub hər şeyi onun adı ilə bağlasa da, bu obrazı xalqla birlikdə götürür, ondan ayırmır. Vaqif – xalq əsərin ana xəttini təşkil edir. Təhlil prosesində müəllim şagirdlərlə birlikdə köməkçi xətləri müəyyənləşdirir ; bunlar Vaqif – Vidadi, Vaqif – Xuraman, Vaqif  − Qacar, Vaqif – Eldar, Vaqif  − İbrahim xan xətləridir.

Published

2024-04-21

How to Cite

Quliyeva Şəhanə Vidadi qızı. (2024). DRAMATİK ƏSƏRLƏRİN TƏHLİLİNDƏ BƏDİİ SƏNƏTKARLIQ MƏSƏLƏLƏRİNİN ÖYRƏDİLMƏSİ. Modern Scientific Method, (6). Retrieved from https://ojs.publisher.agency/index.php/MSM/article/view/3399