Dilin İnformasiya Funksiyası və Tarixi İnkişafı
Abstract
Dil, insan cəmiyyətinin ən mühüm vasitələrindən biridir. O, informasiyanın ötürülməsi və qəbul edilməsi prosesində mərkəzi rol oynayır. İnsanlar arasındakı qarşılıqlı anlaşmanı təmin edən dil, həm şifahi, həm də yazılı formada fəaliyyət göstərir. Tarixin müxtəlif mərhələlərində dil, mədəniyyətin, biliklərin və təcrübələrin nəsildən-nəslə ötürülməsində əvəzolunmaz rol oynamışdır. Bu prosesin təşkili və tənzimlənməsi üçün dilin normaları əsas şərtdir. Dil normaları olmadan, informasiyanın dəqiq və effektiv ötürülməsi mümkün deyil. Nitq mədəniyyətinin normaları, dilin daxili quruluşu ilə sıx bağlıdır və nitq vasitəsilə həyata keçirilir. Nitq, fikri tək-tək fərdlərə deyil, həm də kollektivə çatdırır. Ona görə də nitq ifadəsi kollektiv üzvlərinin hər biri üçün anlaşıqlı olmalıdır. Əgər nitq ixtiyari qurulsa və kollektiv üzvləri onu qəbul edə bilməsə, informasiya faydasız qalır. Bu səbəbdən, nitq vasitələri dilin daxili quruluşuna uyğun şəkildə qurulmalı və mövcud normalara əsaslanmalıdır. Dilin tarixi inkişafı göstərir ki, normativ sistemlər zamanla dəyişsə də, dilin əsas funksiyası olan informasiya ötürülməsi hər zaman qorunub saxlanılmışdır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.